Arxiv
14 Dekabr 2019, 14:51 | AKTUAL
“Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva

“ABŞ Senatının qondarma “erməni soyqırımı” haqqında Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsini pisləyir, qərəzli, ədalətsiz hesab edirik və qınayırıq”.

 

Bunu Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva dekabrın 12-də ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qərarını şərh edərkən bildirib.

 

O, bildirib ki, bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur: 

 

“Senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib. Senat bu addımı ilə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi roluna da bir daha çox ciddi kölgə düşürdü. Çünki onsuz da cəmiyyətimizdə ABŞ-ın bu məsələdə neytral, obyektiv rol oynamasına və ya oynayacağına dair inam həddindən artıq zəif idi. Hətta yox dərəcəsində idi. Senatın bu addımından sonra isə insanların inamı tamamilə itdi. Çünki müasir dünyanın gözləri qarşısında işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırım barədə danışmayan Senatın qondarma erməni soyqırımı ilə bağlı yekdilliklə Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsi bir daha ikili standartlardan xəbər verdi və Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək və etməməlidir”.

 

Qardaş Türkiyənin yanında olduğunu deyən Q.Paşayeva bildirib ki, gənclərimiz media, sosial şəbəkələrdə, diaspor təşkilatlarımız yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu cür qərarların nə qədər ədalətsiz olması, heç bir tarixi fakta əsaslanmaması barədə geniş təbliğat işləri aparmalıdırlar.

 

“Biz hamımız harada doğulub harada yaşamamızdan asılı olmayaraq Türk millətinin övladları olaraq bu ədalətsiz qərarları qınamaqla yanaşı qondarma erməni soyqırımı yalanları ilə mübarizəmizi də daha da gücləndirməliyik. Xocalı soyqırımı həqiqətlərini daha geniş duyurmalıyıq dünyaya ki əslində kimlərin kimlərə qarşı soyqırım törətdiyini daha geniş anlada bilək. Senatda təmsil olunanlar isə bunu çox yaxşı bilir. Amma onlar nə bahasına olursa-olsun öz maraqlarını təmin etmək üçün yalanı gerçək adı ilə qəbul etmək əxlaqına malik olduqlarını bir daha göstərdilər. Senatın Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təqdiqləməsi bu layihənin qanun statusu alması deməkdir. Qanunun qüvvəyə minməsinin qarşısı yalnız ABŞ prezidentinin veto hüququndan istifadə edəcəyi təqdirdə alına bilər ki, Trampın bu addımı atacağına isə ümid çox azdır. O, Türkiyənin qardaş ölkəmiz üçün çox önəmli olan bir sıra millli maraqlarından vazgeçməsini istəyəcək. Budur əslində ABŞ-ın gerçək siması. Qardaş Türkiyə isə bu yolla edilən təzyiqlə milli maraqlarla bağlı məsələlərdən geri çəkilməyəcəyini bəyan edib. Dünyanın hər yerində yaşayan insanlarımızı qondarma erməni soyqırımı yalanları ilə mübarizəni daha da gücləndirməyə çağırırıq. İşğalçı Ermənistan və ermənilər bu qərardan mütləq öz maraqları üçün və yalanlarını dünyaya daha geniş yaymaq üçün istifadə edəcəklər və artıq buna başlayıblar. Ona görə də bütün dünyada gerçəklərin yayılması, Xocalı həqiqətlərinin daha çox bilinməsi ilə bağlı işlərimizi daha da genişləndirməliyik bütün Türk millətinin övladları olaraq. ABŞ prezidentinin də bu qərarı təqdiqləyəcəyi təqdirdə ABŞ-ın həmsədr kimi roluna ciddi zərbə olacağı düşüncəsini isə Vaşinqton rəsmilərinə bir daha geniş və birmənalı olaraq çatdırmamız lazımdır”, - deyə Q.Paşayeva bildirib.

 

T.İSMAYIL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər 20 Yanvar 2020, 21:53 Abşeronda mənzildən kişi meyiti tapıldı 20 Yanvar 2020, 21:37 Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşdü 20 Yanvar 2020, 21:20 İstiqlal salnaməsinin qəhrəmanlıq səhifəsi 20 Yanvar 2020, 21:11 Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR 20 Yanvar 2020, 20:50 Mingəçevir sakini odlu silahdan yaralandı 20 Yanvar 2020, 20:17 Rəşad Mahmudov seçicilərlə görüşdü: şəhid atasına baş çəkildi – FOTO 20 Yanvar 2020, 20:01 Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO 20 Yanvar 2020, 18:56 Hicran Hüseynova Sumqayıtda aztəminatlı ailələrlə görüşüb - FOTO 20 Yanvar 2020, 18:10 Oğurluq üstündə saxlanıldı - başqa cinayətlərinin üstü açıldı 20 Yanvar 2020, 18:01 İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb - FOTO 20 Yanvar 2020, 17:50 Ziyafət Əsgərov Lənkəranda şəhid ailələrinin problemləri ilə maraqlanıb - FOTO 20 Yanvar 2020, 17:40 İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO 20 Yanvar 2020, 17:30 Çexiya Senatının spikeri vəfat etdi 20 Yanvar 2020, 17:20 Ziyafət Əsgərov və Hadı Rəcəbli Lənkəranda 20 Yanvar şəhidlərinin abidəsini ziyarət ediblər  20 Yanvar 2020, 17:08 Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu 20 Yanvar 2020, 17:00 Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib 20 Yanvar 2020, 16:52 Rus generalı 20 yanvar qırğınından YAZIB: “Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” 20 Yanvar 2020, 16:45 “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx 20 Yanvar 2020, 16:37 Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır 20 Yanvar 2020, 16:29 Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa GÖNDƏRİLDİ 20 Yanvar 2020, 16:20 BBC-nin baş direktoru istefaya gedir 20 Yanvar 2020, 16:11 Məşhur Məmmədov Şəhidlər xiyabanını ziyarət edib 20 Yanvar 2020, 16:03 Lavrovdan Liviya AÇIQLAMASI 20 Yanvar 2020, 15:55 Azərbaycanda ana və üç övladı itkin düşdü - FOTO 20 Yanvar 2020, 15:48 Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2020, 15:40 Deputatlığa namizədlərin təbliğat fotoları: Niyə əksəriyyət “əliqoynunda” dayanır 20 Yanvar 2020, 15:32 "Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib 20 Yanvar 2020, 15:24 Bir gündə 20 cinayətkar tutuldu 20 Yanvar 2020, 15:17 Meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başladı 20 Yanvar 2020, 15:10 Baş prokuror istefa verdi 20 Yanvar 2020, 15:02 Azərbaycanda kişi küçədə soyuqdan donaraq öldü 20 Yanvar 2020, 14:55 Sumqayıtda qəzaya düşən 7 tibb işçisindən XƏBƏR VAR 20 Yanvar 2020, 14:47 Deputatlığa namizəd Rövşən Sadıxov Bərdədə Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR 20 Yanvar 2020, 14:40 Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB 20 Yanvar 2020, 14:33
SORĞU Yeni parlamentdə kimlər olsun?