Arxiv
16 Dekabr 2019, 12:18 | PARLAMENT
Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?..

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinə görə, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatdan məhrum edilir.

Ancaq beşinci çağırış Milli Məclisin üzvləri arasında həm deputat statusuna, həm də ödənişli vəzifəyə sahib olan şəxslər var.

 

 “Konstitutsiya Araşdırmaları” Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı Modern.az-a danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası Milli Məclisin deputatlarına bəzi vəzifələri tutmağı qadağan edir:


“Deputatlar sahibkarlıq fəaliyyətilə məşğul ola bilməzlər. Həmçinin, deputatın icra qurumlarında, məhkəmə orqanlarında çalışması da qanunla qadağandır. Milli Məclis qanunverici hakimiyyətin bir qoludur. Yalnız Milli Məclisin deputatının fəaliyyəti qanunvericiliklə əhatə olunmalıdır. Bu və ya digər komissiyaların üzvü ola bilər. Sadəcə, bu, ödənişli vəzifə olmamalıdır.  Milli Məclisin deputatı hər hansı ödənişli vəzifə tuta bilməz. Deputatın əmək haqqı  Milli Məclisdən aldığı məvaciblə məhdudlaşmalıdır”.


Hüquqşünasın sözlərinə görə, namizədliyini irəli sürən şəxs bu barədə məlumatlı olur:


“Hər kəs deputatlığa namizədliyini irəli sürəndə digər ödənişli vəzifəni tutmaması ilə bağlı öhdəlik götürür. Bu Seçki Məcəlləsində təsbit olunmuş haldır. “Əgər mən deputat seçiləcəmsə, həmin vəzifədən imtina edəcəm” deməkdir. Hakimiyyətin bölgüsünə görə, icra hakimiyyətində, məhkəmədə çalışan şəxs Milli Məclisdə çalışa bilməz. Dünyada da belə yanaşma mövcuddur ki, hakimiyyətin bölgüsü varsa, burada hər şey aydın olmalıdır. Hər kəsin hansı hakimiyyətdə təmsil olunması  ilə məhdudlaşmalıdır”.


Əliməmməd Nuriyev Milli Məclisdə zaman-zaman ödənişli vəzifə tutan şəxslərin deputat kimi fəaliyyətini də istisna etməyib:


“Azərbaycan Milli Məclisində müxtəlif zamanlarda müxtəlif qurumlarda çalışan şəxslər olub. Hesab edirəm ki, bununla bağlı Konstitusiya Məhkəməsinin aydın bir şərhi olmalıdır. Bir çox şeylər aydındır. Düşünürəm ki, Konstitusiya Məhkəməsi bununla bağlı da şərh verməlidir. Bu zaman həmin məsələlərə də son qoyular. Vəzifədə olan şəxs  deputatlıq fəaliyyətindən imtina etməlidir. Təəssüf ki, bizdə “Maraqların toqquşması haqqında” qanun qəbul edilməyib. Qanunvericiliyin indiki tələblərinə görə, Milli Məclisdə vəzifə tutan deputat mandatdan imtina etməlidir. Vəzifəli şəxsin deputat kimi fəaliyyət göstərməsi yolverilməzdir. Bu, artıq maraqların toqquşması deməkdir. Hakimiyyət budaqlarının qarışması, hakimiyyət bölgüsü prinsipinin pozulmasıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTO 25 Yanvar 2020, 22:36 Kərimbəylililər də Vüqar Bayramov deyir - FOTO 25 Yanvar 2020, 22:29 Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a çatdı: 1466 yaralı var 25 Yanvar 2020, 22:11 Cavanşir Paşazadənin seçicilərlə izdihamlı görüşü - FOTOLAR 25 Yanvar 2020, 21:53 Çindən Azərbaycana gələnlər ciddi yoxlanılır - RƏSMİ 25 Yanvar 2020, 21:34 Həmişə  yanımızda olan deputatımıza yenə səs verəcəyik - FOTOLAR 25 Yanvar 2020, 21:19 Etiraz aksiyalarında 4 nəfər öldürüldü 25 Yanvar 2020, 21:02 Azər Kərimli seçicilərini evlərində ziyarət edir - FOTOLAR 25 Yanvar 2020, 20:47 Cəbrayıllılardan Ceyhun Məmmədova böyük dəstək - FOTOLAR 25 Yanvar 2020, 20:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır 25 Yanvar 2020, 20:14 Əhliman Əmiraslanova  ağır itki 25 Yanvar 2020, 20:00 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 25 Yanvar 2020, 19:33 Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşıladı - FOTO 25 Yanvar 2020, 18:00 Sumqayıtda mənzildə qadın meyiti tapılıb 25 Yanvar 2020, 17:58 Gürcüstan vətəndaşının Bakıda bank hesabı qarət edildi 25 Yanvar 2020, 17:45 Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram” 25 Yanvar 2020, 17:29 “5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:23 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31 Qobu Parkda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTO 25 Yanvar 2020, 16:26 XİN-dən Çindəki azərbaycanlılarla bağlı  YENİ AÇIQLAMA 25 Yanvar 2020, 16:24 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR 25 Yanvar 2020, 16:19 Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO   25 Yanvar 2020, 16:16 Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var - ÖZƏL 25 Yanvar 2020, 16:08 Heydər Əliyev Fondu Salyanda yeni məktəb binası inşa etdi - FOTOLAR 25 Yanvar 2020, 16:03 “Azərenerji” ASC-nin sədrinə ağır itki üz verdi 25 Yanvar 2020, 15:51 İt dişləməsindən ölən şagirdlə bağlı AÇIQLAMA: “Poliklinikaya getməyib” 25 Yanvar 2020, 15:40 Leriki Milli Məclisdə kim layiqincə təmsil edə bilər? - İqbal Məmmədov yoxsa digərləri... Niyə məhz İQBAL MƏMMƏDOV! 25 Yanvar 2020, 15:35 Azərbaycanda ödənişli xidmətlərin dəyəri rekord vurub 25 Yanvar 2020, 15:29  Könül Nurullayeva: "Seçicilərimi əl-ələ verib birgə çalışmağa səslədim” - FOTOLAR 25 Yanvar 2020, 15:24 AŞPA-da 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək 25 Yanvar 2020, 15:20 Prezident zəlzələ bölgəsindəki azərbaycanlı tələbələrlə bağlı TAPŞIRIQ VERİB 25 Yanvar 2020, 15:13
SORĞU Yeni parlamentdə kimlər olsun?