Modern.az

“Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil” - Əliağa Hüseynov

“Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil” - Əliağa Hüseynov

Parlament

16 Dekabr 2019, 13:10

“Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil. Deputatı hər şeydən əvvəl xalq seçməlidir”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı olmuş, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb-sürməməklə bağlı sualı cavablandırarkən deyib.

 

Deputat bildirib ki, onun yenidən deputat seçilməsinə xalq qərar verə bilər:

 

“Əgər Salyan camaatı məni deputat görmək istəsə, namizədliyimi irəli sürə bilərəm. Xalq istəməsə, mən necə deputat olaram?! Bu cür məsələlərdə xalqın fikirləri öndə olur. Xalq nə qərar versə, o da olacaq. Mən əlavə nəsə deyə bilmərəm”.

 

Qeyd edək ki, Milli Məclisin IV və V çağırış deputatı olmuş Əliağa Hüseynov 59 saylı Salyan seçki dairəsini təmsil edib. Partiya mənsubiyyəti yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...