Arxiv
16 Dekabr 2019, 15:43 | AKTUAL
“Yağış suları artsa da, artmasa da onu üstünlüyə çevirmək mümkündür” – ŞƏRH

 

İçməli su təminatının XXI əsrin əsas probleminə çevrilməsi riski var. Bir çox mütəxəssislər yaxın gələcəkdə neft, qızıl və sair təbii ehtiyatların deyil, məhz su uğrunda savaşların olacağını bildirirlər.

 

Bəs yağış sularının kəskin artmasını üstünlüyə çevirmək olarmı?

 

Memar Söhrab Rəhimov Modern.az saytına açıqlamasında bildirib ki, su Yer kürəsində nə artır, nə də azalır:

 

“İqlim kataklizmasının yaşandığı bir dövrdəyik. Hava şəraitinin belə anormal dəyişdiyinin şahidi oluruq. Öz misalımızla desək, su Yer kürəsində nə artır, nə də azalır. Sadəcə, həcmi dəyişdiyi zaman özünə yer tapır və nəticədə sellər, daşqınlar baş verir. Belə hallarda insan sıxlığının ən çox olduğu şəhərlər daha pərişan hala düşür.

 

Halbuki şəhərlərdə yağış suları üçün kanalizasiya sistemləri mövcuddur. Bu kanalizasiyalar hidrometereoloqların təyin etdikləri yağıntı miqdarları nəzərə alınaraq normalar halında olur. Ancaq bu dəyər iqlim kataklizmalarını hesablamadığı üçün bəzən yetərsiz qalır.

 

Yaşayış məskənlərində ilk olaraq infrastrukturaların hazır olması lazımdır. Lakin indi kütləvi şəkildə məskunlaşmalar baş verir və daha sonra iri yaşayış mərkəzlərinə çevirilir. Bakı ətrafında belə yerlərə çox rast gələ bilərik.

 

Xülasə, su ilə zarafat olmaz və artan yağıntı dəyərlərinin maksimumuna görə infrastrukturalarımızda normaların dəyişilməsi qaçılmazdır”.

 

Söhrab Rəhimov əlavə edib ki, yağış suları artsa da, artmasa da onu üstünlüyə çevirmək mümkündür:

 

“Bunun üçün yenilikçi və israfsız layihələrə hazır olmalıyıq. Bütün yaşayış məskənlərində yağış suyundan ilk növbədə su kimi, daha sonrası isə enerji mənbəyi kimi faydalanmaq mümkündür.

 

Demək olar ki, yeni inşa edilən hər bir binanın özünə aid su deposu var. Bu depo şəhər şəbəkə sularından faydalanır. Ancaq yağış sularını binaların dam örtüyündən və ya ehtiyac olarsa, köməkçi vasitələrlə toplayıb, arıtma prosedurundan keçirdikdən sonra istifadə edə bilərik.

 

Suyun qıt olduğu Amerika Birləşmiş Ştatlarının bəzi bölgələrində olduğu kimi, istifadə edilmiş suyu təkrar təmizlədikdən sonra texniki su olaraq yararlanmaq dəfələrlə mümkün olur.

 

Bundan başqa, suyun hərəkəti zamanı alınan enerjini elektrik enerjisinə çevirmək də olar. Bir az daha irəli texnologiyalar ilə suyu dondurub depolamaq variantı da var.

 

Ancaq ilk olaraq israfçılığın nə olduğunu və sahib olduğumuz nemətlərin qədrini bildikdən sonra biz bu addımlar haqqında düşünə bilərik. Bugünkü zamanda enerji dəyərlərimiz alternativ enerji dəyərindən çox aşağı olduğu üçün onun haqqında fikirləşmirik. Ancaq ən azından layihə olaraq hazırlayıb, saxlamağımız daha yaxşı olardı.

 

Dünyada bu qədər tərtibatlı olmasa da, yağış sularından faydalanan çox ölkə var. Bu, nəinki Bakıya, Azərbaycana, dünyaya çox şey verə bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM vətəndaşlara müraciət etdi 3 Dekabr 2021, 16:53 “The Banker” ABB-ni “İlin bankı” elan etdi! 3 Dekabr 2021, 16:50 Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00 Naftalanda Beynəlxalq Əlillər Günü 3 Dekabr 2021, 14:56 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK? 3 Dekabr 2021, 14:52 GDU-da Elmi Şuranın iclası 3 Dekabr 2021, 14:46 “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi 3 Dekabr 2021, 14:40 Narkotacirə 15 il həbs cəzası verildi 3 Dekabr 2021, 14:34 Məsud Aşina Türkiyədə beynəlxalq mükafata layiq görüldü 3 Dekabr 2021, 14:28 Məktəb direktoru karantinə alındı 3 Dekabr 2021, 14:23 Aşıq Ələsgər poeziyamızda şərəfli yer tutur 3 Dekabr 2021, 14:18 “Bu təxribatın arxasında kim dayanırsa, tapılmalıdır” - Deputat 3 Dekabr 2021, 14:14 Nazirlə deputat ağac əkdilər   3 Dekabr 2021, 14:08 16 saylı cəzaçəkmə müəssisəsində 14 nəfər azadlığa çıxdı 3 Dekabr 2021, 14:03 Paşinyan iclas keçirib - Bakı ilə imzalanacaq yeni sənədi müzakirə edib 3 Dekabr 2021, 14:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?