Modern.az

“Türk Ocaqları”nın 100 illik yubiley mərasimləri yekunlaşıb

“Türk Ocaqları”nın 100 illik yubiley mərasimləri yekunlaşıb

Aktual

16 Mart 2012, 17:35

Martın 13-də Bakıda start götürən “Türk Ocaqları”nın 100 illik yubiley mərasimlərinə Sumqayıtda yekun vurulub. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) Sumqayıt şəhər Təşkilatı və QHT-lərin Sumqayıt şəhər Koordinasiya Mərkəzinin birgə hazırladıqları tədbirdə müharibə veteranları, millət vəkilləri, yerli bələdiyyənin rəhbərliyi, QHT və KİV nümayəndələri, ictimai fəal gənclər iştirak ediblər.

Gecədə çıxş edən millət vəkili Qənirə Paşayeva üç gün ərzində “Türk Ocaqları”nın  100 illik yubileyi münasibəti ilə Azərbaycanda keçirilən mötəbər görüşlərin, təşkil olunan konfransların, mətbu çıxışların və digər tədbirlərin yaddaqalan olduğunu, gələcəyə yönəlik olumlu mesajların verildiyini, ideya və təşəbbüslərin meydana çıxdığını qeyd edib.
Millət vəkili prof. Musa Qasımlı, Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev, “Türk Ocaqları” İstanbul şöbəsinin başqanı dr. Cezmi Bayram çıxış edərək, “Türk Ocaqları”nın Azərbaycanda keçirilən 100 illik yubiley mərasimlərində iştirakdan böyük zövq aldıqlarını, bu günlərin istər ictimai-siyasi, istər mədəni baxımdan yaddaqalan və məhsuldar olduğunu deyiblər.      

Sonda qonaqlara “Türk Ocaqları”nın 100 illik yubileyi münasibəti ilə xatirə plaketləri və millət vəkili Qənirə Paşayevanın adından qiymətli hədiyyələr verilib.
Qonaqlar da təşkilatçılara, millət vəkilləri və yerli bələdiyyənin rəhbərliyinə xatirə hədiyyələri təqdim edib.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?