Modern.az

“İtirilmiş  torpaqlarımız...” silsiləsindən - Kəlbəcərin “qızıl torpaqları” - VIII YAZI

“İtirilmiş  torpaqlarımız...” silsiləsindən - Kəlbəcərin “qızıl torpaqları” - VIII YAZI

19 Dekabr 2019, 09:03

Qərbi Azərbaycanın  Basarkeçər nahiyəsinin   Şahdağ silsiləsinin qərb hissəsində  yerləşən “Göyçə çuxuru”  hövzəsindəki Zod kəndində 1960-cı illərdə  açıq və şaxta şəraitində qazılan torpaqların yuyulması və qızıldan təmizlənməsi məqsədi ilə dəyirmanlar tikilmişdi.  Orada müsəlman-türk əhalisi işləmiş, sonralar Zod qəzəbəsində  isə  əsasən ruslar yaşamışlar. “Qızıl torpaqları” yumaq üçün Qoşabulaq kəndinin günçıxanından axan 30-a qədər bulağın suyunu birləşdirərək ora yönəldirdilər (25-30 km məsafədə, 1,5 m diametrli borularla). Kənd sakinlərindən Elbəyi Mustafa oğlu, Ənvər Hacı oğlu, Əli Alı oğlu, Kamil Zeynalabdin oğlu... orada işləyidi. 1970-ci illərdə həmin mədənlərdə haylar tərəfindən külli miqdarda yeyinti halı aşkar edildikdən sonra “qızıllı torpaqlar” dəmir yolu xətti ilə İrəvan şəhərinin 30-40 km-də salınmış  Yeni Zod qəsəbəsində yuyularaq təmizlənirdi.

Qoşabulaq kənd sakinləri Vahid Rəcəb oğlu Əhmədovun (1951) və Şahmalı Qoşunəli oğlu Salmanovun  (1949) bildirdiyinə görə,  Göyçə mahalının qızıl ehtiyatını XVIII-XIX əsrlərdə İraq, Səudiyyə Ərəbistanı və Suriyadan gəlmiş ərəblər də istismar  etmiş, dəvə yükləri vasitəsi ilə ölkələrinə aparmışlar. Mədən işçisi Ənvər Hacı oğlunun dediyinə görə, qədim şaxtalarda  çürümüş palaz, paltar və alət  qalıqlarına rast gəlinirdi.


Ümumiyyətlə, qızıl şaxtaları kimi  20-dən çox tunel qazılmişdı “Göyçə çuxuru”nun Üstübulaq dağı silsiləsində, onların uzunluğu 1-2 km-ə çatırdı. “Qızıl torpaqların” çıxarılması açıq üsulla da aparılırdı. Mədən şaxtalarının bir çoxunun qurtaracağı Kəlbəcər rayonunun Seyidlər, Dəmirçidamı, Qanlıkənd, Cəmilli, İstibulaq kəndlərinə kimi, Zod aşırımından Seyidlər çayına qədər davam edirdi, 5-6 km məsafədə, hətta həmin kəndlərin sakinlərindən də orada  işləyənlər vardı.

 
Şahdağ silsiləsinin Kəlbəcər rayonu hüdudlarındakı meşə, açıq dağlıq və kənd ətrafı sahələrində həm açıq üsulla, həm də şaxta-qazma formasında “qızıl torpaqları”nın qarət edilərək (qazılaraq) Ermənistana daşınması 1970-ci illərin sonlarında daha intensivləşmişdi. Bu məqsədlə yuxarıda adları çəkilən kəndlərin təsərrüfat  ərazilərindən də  istifadə edirdilər.

 

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır