Arxiv
20 Dekabr 2019, 09:08 | ÖLKƏ
Göyçə muxtariyyət istəyəndə, Azərbaycan rəhbərliyi onlara köçmək üçün maşınlar göndərdi - TARİXİ SƏHV

Qərbi azərbaycanlılar deportasiya olunmasaydı, Qarabağı işğal edə bilməzdilər

Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistandan sonuncu azərbaycanlının deportasiya edilməsinin 31 ili tamam olur.

31 il öncə 300 mindən çox azərbaycanlı öz dədə-baba torpaqlarından qaçqın edildi və hazırda Qərbi Azərbaycanda bir nəfər də soydaşımız yaşamır.
Azərbaycanın problemləri çox da uzaq görünməyən 1988-ci ildən sonra başladı: Xocalı soyqırımı törədildi, Qarabağ və ətraf rayonlar işğal edildi.

Tarixi faktlar gösrərir ki, 31 il öncə azərbaycanlılar Göyçə mahalında müxtariyyət istəyəndə o zaman Azərbaycan rəhbərliyi onlara ya dəstək verməyib, ya da yük maşınları göndərərək,  soydaşlarımızın öz doğma yurdlarını tərk etmələrinə kömək edib.


Hadisələrin canlı şahidi, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-a o günləri çox yaxşı xatırladığını deyir:

“Ona görə yaxşı xatırlayıram ki, göyçəlilər ən çox Gəncə və Göygöldə məskunlaşdılar. Mən həmin bölgədə çalışdığım sahə üzrə kurator idim. Bir neçə kənddən onların ağsaqqalları gəlmişdi. Maraqlıdır ki, oradan gələnlər də “bizə kömək edin, Göyçədə qalaq” demirdilər. Azərbaycana köçmək üçün maşın istəyirdilər. Göyçədən Azərbaycana gələn ağsaqqalları və rayon rəhbərliyindən 4 nəfəri geri göndərdik ki, insanlara desinlər ki, öz evlərini tərk etməsinlər. Amma bizi eşidən olmadı. Təbii ki, biz bunu daha böyük şəkildə etməliydik, Azərbaycan rəhbərliyi səviyyəsində məsələ qaldırmalıydıq. Təəssüf ki, bunlar olmadı. İstər Bağırov, istərsə də Vəzirovun dövründə Azərbaycan rəhbərliyində bu məsələlərə strateji yanaşma yox idi. Strateji yanaşma ordan gələnlərə “Siz yerinizdə möhkəm qalın!” demək idi. Yəni ki, Qarabağ məsələsini adekvat olaraq, Ermənistanda yaşayan azərbaycanlılara çevirmək olardı. Belə edərək ikinici bir Qarabağı onların ərazisində yaratmış olardıq. Görünür ermənuilər bunu bildiyindən azərbaycanlıları qısa zamanda Ermənistandan son nəfərinədək çıxardılar. Bununla bərabər, Göyçədən gələnləri Qarabağ ərazisinə deyil, Gəncə ətrafına yerləşdirdik. Mən bütün bu olanların şahidiyəm, onların köçürülməsində iştirak etmişəm. Edilən səhvlərin acısını yaşayırıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda iki marşrut avtobusu toqquşdu - 7 nəfər xəsarət aldı 24 İyun 2021, 15:44 “BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var - YENİLƏNİB 24 İyun 2021, 15:43 Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzlətmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?