Modern.az

Bu yazıçıların əsərlərini oxumayın!

Bu yazıçıların əsərlərini oxumayın!

20 Dekabr 2019, 10:01

Elçin Alıoğlu

İstedadlı, dahi, sevimli yazıçılar az deyil. Mənim sıralamamda Lev Tolstoy, Anton Çexov və Fyodor Dostoyevski üst sıralarda bərqərar olublar.

On milyonlarla insan onların əsərlərini oxuyub. Onlar dünya ədəbiyyatının "mavi gözlü div"ləridir.

Fəqət, heç biri ədəbiyyat üzrə Nobel mükafatı almayıblar.

İllər əvvəl Stokholmda olanda İsveç Kral Akademiyasının arxivində idim. Bir mövzu vardı, onunla bağlı sənədlərə baxırdım. Və təsadüfən əlimə Akademiyanın katibinin imzası ilə yazılmış rəy keçdi.

Rəydə ədəbiyyat üzrə Nobel mükafatına nominant qraf Lev Tolstoy barədə yazılmışdı: "Bu yazıçı sivilizasiyanın bütün formalarını qətiyyətlə pisləyərək yüksək Qərb mədəniyyətinin bütün şərtlərindən kənar olan primitiv həyat tərzini vəsf edir. Sivilizasiyanın istənilən formasına qarşı belə bəsit qəddarlıqla qarşılaşan hər kəsdə şübhələr yarana bilər. Kimsə Lev Tolstoyun fikirlərini bölüşməz, onlarla həmrəy ola bilməz".

Tolstoyu səsvermədə "qabaqlayanlar"a baxın: Arman Rene Fransua Sülli-Prüdom, Cozue Karduççi, Teodor Mommzen, Rudolf Kristof Eynken, Byornsterne Byornstorn, Frederik Mistral, Xose Eçeqerayi Eysagirre, Selma Laqerlöf, Paul Heyze...

Bu yazıçıların heç olmasa, bir əsərini oxuyubsunuzmu?

Oxumayın. Mən oxumuşam. Söz yığını, makulatura.

Ədəbiyyat üzrə Nobel mükafatının nə qədər "dəyərli və nüfuzlu" olduğunu anlamaq üçün siyahı hazırlamışam.

Sol tərəfdə bu mükafatı alanlar, sağ tərəfdə isə həmin il "qalibə uduzaraq" mükafatsız qalanlardır.


Özünüz qərar verin:

Pörl Bak - Şervud Anderson
Hasinto Benavente - Bertolt Brext
Paul Heyze - Pol Valeri və Lev Tolstoy
Karl Göllerup - Tomas Vulf
Qrasiya Deledda - Federika Qarsiya Lorka
Yohannes Yensen - Ceyms Coys
Cozue Karduççi - Emil Zolya və Lev Tolstoy
Erik Karlfeldt - Henrik İbsen
Harri Sinkler Lüis - Frans Kafka
Qabriela Mistral - Cozef Konrad
Frederik Mistral - Marqaret Mitçel
Henrik Pontopiddan - Robert Muzil
Vladislav Reymont - Marsel Prust
Frans Silanpya - Rayner Mariya Rilke
Arman Sülli-Prüdom - Frensis Skott Ficerald, Anton Çexov, Fyodor Dostoyevski, Lev Tolstoy
Siqrit Unset - Mark Tven
Verner fon Heydenstam - Herbert Uells
Karl Şpitteler - Robert Frost
Rudolf Eyken - Oldos Haksli
Xose Eçeqaray - Tomas Hardi

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi