Arxiv
20 Dekabr 2019, 13:48 | AKTUAL
Bethovenin 250 illiyinə dəvət

“Ay işığı” sonatasını ilk dəfə Qretanın ifasında eşitmişəm. Altı, ya yeddi yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi. Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı.

 

Sonra o musiqini illər uzunu çox eşitdim: kirayəçi qızlar dəyişsə də, “aylı sonata” evimizi tərk eləmədi.

 

***

 

Üç il olar, uşaqları Vyanaya gəzməyə aparmışdım. Bethovenin ev-muzeyində onu bir də dinlədim. Bəstəkarın muzeyi bir andaca çönüb evimiz “olmuşdu”: huşum artıq Yer üzündən silinmiş bir şəhərin mən olan çağlarına getmişdi.

 

Kosmik fəza kimi bir boşluğa düşmüşdüm. Heç nə eşitmirdim. Bethovenin özü kimi kar idim. Ancaq gözüm görürdü. Elə bil, onun musiqisini dumanın, tüstünün yerdən qalxan halı kimi görürdüm, yağışdan islanan torpağın ətri kimi duyurdum.

 

Bunu da oxu: Vyanada Şuşalı günlər

 

***

 

Deyirlər, musiqini gecə dinləmək yaxşıdı. Elə konsertlər də bir qayda olaraq axşamlara salınır. Amma mən böyük həvəslə bu qaydanı pozardım. Səhərlər musiqi səsinə oyanmaq qədər gözəl nəsə varmı? Mənim o sabahlarımın yerində, görəsən, indi hansı səhərlər açılır?

 

Bethovenin piano dillərindən qopub ürək titrədən “aylı sonata”sı yatanlar oyanmasın deyə barmaq ucunda çölə axır, baharın ilıq sübh nəfəsini elə bu gecə çiçəkləyən armud ləçəklərinin qoxusu ilə birlikdə içinə çəkib yuxarı mərtəbəyə qalxır, açıq pəncərədən ruh kimi yatmış bədənə hopur… İlahi, o anları mənmi yaşamışam? O səhərləri mənmi açmışam?

 

Musiqini səhərlər ifa edərlər – hava hələ çirklənməmiş, sular dupduruykən, hələ adamlar ayılıb bir-birinə yalan söyləməmiş, …ər sevdiyi arvadıyla, körpə anasıyla, bəndə Allahıyla olanda…

 

“Ruhlar şəhəri”ndə bu sözləri yazarkən yaşadığım duyğuların eynisiydi o muzey-evdə keçirdiyim hisslər.

 

***

 

Bethoveni Tarkovskinin “Nostalgiya” filmində bir başqa yandan tanıdım. Burada o “Ay işığı”nı həsr etdiyi Cülyetta Qviççardinin aşiqi Lüdviq yox, Tanrını sorğu-suala çəkən müdrik filosofuydu.

 

Böyük rejissor öz möhtəşəm filmində dahi bəstəkarın 9-cu simfoniyasından vəsfəgəlməz parçalar səsləndirmişdi. Nə qədər axtarsam da, sehrinə düşdüyüm o simfoniyanı Ağdamda tapıb dinləyə bilmədim. Ona yalnız tələbə vaxtı Bakıda rejissor dostum Şahin Sinariyanın evində sabahacan uzanan məhrəmani bir məclisdə qulaq asdım. İndi Parisdə yaşayan Şahinin o vaxt gözəl valları vardı.

 

Daha sonralarsa onun şəxsiyyətinə heyran olacaqdım. “Etiraz – ləyaqətin bir başqa adı” yazısında Bethovenin şəxsiyyətdən yazacaqdım. Monarxiyaya son qoyub respublika qurmuş Napoleona simfoniya həsr etməsindən, tirana çevrildiyini biləndə isə qəzəblə “Napoleon” adını simfoniyanın partiturasından silməsindən, Avropanın despotik dönəmində heç bir krala baş əyməməsindən bəhs edəcəkdim.

 

Bunu da oxu: “Etiraz – ləyaqətin bir başqa adı”

 

***

 

Bu gün isə sadəcə sizə uşaqlığımın ən şirin çağlarını – ömrün “aylı sonata”yla keçən illərini yada salan musiqidən danışmaq istədim. Elə bilin sizi Bethovenin konsertinə dəvət edirəm. Özü də 250 illiyi bütün dünyada qeyd edilən bir gündə. Gəlin, hamınızı gözləyəcəm!

 

Konsertin yerini tanıyırsınız, təzə gələnlərə də nişan verin. Deyin, Ağdamdakı evimizə, qara piano olan otağa yığışacayıq. Otağın balacalığından qorxmayın, hamıya yer olacaq…

 

Vahid Qazi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi - FOTO 4 Dekabr 2020, 18:47 Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20 MİQ imtahanlarında iştirak üçün namizədlərə məlumatlar göndərildi 4 Dekabr 2020, 18:11 Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO 4 Dekabr 2020, 18:02 Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər 4 Dekabr 2020, 17:56 TÜRKPA-nın Baş katibi İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 17:50 Almaniyada vaksinasiya pulsuz olacaq 4 Dekabr 2020, 17:44 “Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib” - Şentop 4 Dekabr 2020, 17:38 Dolların məzənnəsi sabit qaldı 4 Dekabr 2020, 17:32 ATƏT-ə yeni baş katib təyin olundu 4 Dekabr 2020, 17:26 Bakı və Yerevan əsirlərin tam siyahısını “Qızıl Xaç”a TƏQDİM ETDİ 4 Dekabr 2020, 17:20 Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO 4 Dekabr 2020, 17:14 Bakıda parada hazırlıq işləri gedir - FOTOLAR 4 Dekabr 2020, 17:08 Azərbaycan Fransaya nota verdi - Səfir nazirliyə çağrıldı   4 Dekabr 2020, 17:02 Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb 4 Dekabr 2020, 16:56 “Azərbaycanlı hərbçilər Xankəndiyə gəliblər” - Erməni ekspertdən ETİRAZ 4 Dekabr 2020, 16:50 Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazdı 4 Dekabr 2020, 16:44 Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı 4 Dekabr 2020, 16:38 Sabiq icra başçısı vəfat etdi 4 Dekabr 2020, 16:32 Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev 4 Dekabr 2020, 16:26 Ərdoğan Bakı səfərinin tarixini AÇIQLADI 4 Dekabr 2020, 16:20 Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfirini qəbul edib 4 Dekabr 2020, 16:15 Mahmud Hacıyev: “Qarabağda qanunsuz silahların yığılması barədə tədbirlər görüləcək” 4 Dekabr 2020, 16:10 “İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm” - Ərdoğan 4 Dekabr 2020, 16:05 Azərbaycanda daha 4267 nəfər virusa yoluxdu - 41 nəfər öldü 4 Dekabr 2020, 16:00 Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO 4 Dekabr 2020, 15:55 Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?