Arxiv
23 Dekabr 2019, 12:43 | DİASPOR
Amerikada azərbaycanlıların birliyini arzulayan XANIM

Amerikada 800 minə yaxın soydaşımız məskunlaşıb. Onların arasında milli kimliyini unudanlar da var, özünü Azərbaycanın bir parçası hesab edənlər də. Elələri də var ki, şəcərə baxımından azərbaycanlı olsalar da, Azərbaycan adlı bir ölkənin mövcudluğu onlar üçün heç bir əhəmiyyət daşımır...


Deyir ki,- “Mən soydaşlarımın arasında olanda özümü dünyanın ən xoşbəxti sanıram. Ən böyük arzum Amerikadakı azərbaycanlıların birliyidir"...


Kübarlığı, yüksək mədəniyyəti, səmimiyyəti, insanpərvərliyi ona həmişə başucalığı gətirib. Paxıllıq, həsəd ruhuna yaddır. Ünsiyyətdə mehriban, necə deyərlər, istiqanlı, zərif xanımdır. İçi gözəllik və sevgi ilə doludur. Ədalətli olmaq onun həyat kredosudur. Nəzakətli davranışdan zövq alır, kobudluğa nifrət edir. Çox zəkalı, saf və təmiz qəlblidir. Dinləməyi bacarır. Çöhrəsindən heç zaman təbəssüm əskik olmur. Son dərəcə həssas insandır. Adamlara dəyər verə bilir...


...Atası Vidadi Məmmədov istefada olan polis polkovnikidir. Anası Səmidə xanım evdar qadındır...


Bakıda dünyaya gəlib. Orta təhsilini 174 nömrəli məktəbdə başa vurub. Sonra Azərbaycan Dillər Universitetində ingilis-alman dilləri müəllimi ixtisasına yiyələnib. Daha doğrusu, oranı qırmızı diplomla bitirib. Üç il “Bay Bank”da, doqquz il “Britaniya Hava Yolları” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2013-cü ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. Hazırda “Sinqapur Hava Yolları” şirkətinin Biznes əməliyyatları departamentində çalışır...


...Ömür-gün yoldaşı İsmayıl Rüstəmov kimyaçı alimdir. Akademik Musa Rüstəmovun oğludur. Fidan adında bir qızı var. Fidan xanım rəssamdır. Ailəsi ilə birlikdə Bakıda yaşayırlar...


İctimai fəaldır. “Kaliforniya-Azərbaycan Dostluq Assosasiyası”na rəhbərlik edir. Azərbaycan naminə gördüyü işləri saymaqla bitməz. Ötən müddət ərzində ölkəmizlə əlaqəli xeyli tədbir həyata keçirib. Onların arasında Qarabağla bağlı olanları da var, milli, rəsmi bayramlarımıza həsr edilənləri də...


...Allah öz nurunu ondan əsirgəməyib. Necə ki, daxilən gözəldir, eləcə də zahirən. Bu gözəlliklərin vəhdəti onu daha ecazkar göstərir. Asudə vaxtlarında gül-çiçək əkib, onlara qulluq etməkdən zövq alır. Sanki bununla istirahət edir, qayğıdan, yorğunluqdan uzaq olur. “Mən heç kimin deyiləm, mən dünyaya mənsubam, bilirəm ki, qəribəyəm”- söyləyir...


Bəli, Amerikada 800 minə yaxın soydaşımız yaşayır. Haqqında söhbət açdığım Kimiya Məmmədova onların arasında bütün varlığı ilə Azərbaycana bağlı olan insanlardan biridir...



Elman Eldaroğlu,
[email protected]

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İrandakı zəlzələ Naxçıvanda da hiss edilib 23 Fevral 2020, 11:28 Ümumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik” 23 Fevral 2020, 11:05 İranda güclü zəlzələ olub 23 Fevral 2020, 10:44 Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozuldu 23 Fevral 2020, 10:29 İlham Əliyevin İtaliyaya səfəri başa çatdı - FOTO 23 Fevral 2020, 00:46 Sumqayıtda uşaq dəm qazından boğularaq ölüb 23 Fevral 2020, 00:36 İlham Əliyev  Mehriban Əliyeva ilə birlikdə Müqəddəs Pyotr Kilsəsi ilə tanış oldular - FOTOLAR 23 Fevral 2020, 00:17 Azərbaycana 60 min kiloqram qurban əti göndərildi   23 Fevral 2020, 00:06 Bakıda "Niva"dan düşüb bir nəfəri güllələdilər 22 Fevral 2020, 23:47 Daha  bir ölkədə koronavirus həyəcanı 22 Fevral 2020, 23:39 “Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38 İranda koronavirusa görə məktəblər bağlandı 22 Fevral 2020, 18:33 Şəhid hərbçimizin ölümündən əvvəl çəkilən son FOTOSU 22 Fevral 2020, 18:25