Arxiv
11 Yanvar 2020, 11:16 | ÖLKƏ
Nərmini qətlə yetirən İlkinə polis əmisioğlu kömək edib? - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Tovuz raronunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlunun istintaqa cəlb edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a açıqlamasında İ.Süleymanovun əmisi oğlunun polis əməkdaşı olmasını təsdiqləyib.

 

O qeyd edib ki, İ.Süleymanovun polis olan əmisi oğlu N.Quliyeva itkin düşən gündən istintaq hərəkətlərində iştirak etməyib:

 

“Açığı, həmin şəxsin adını da bilmirəm. O, sıravi bir polis nəfəridir. Bu cinayət işi ilə onun heç bir əlaqəsi belə yoxdur. Yayılan məlumatlar həqiqəti əks etdirmir, İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu da saxlanılmayıb. Axı həmin şəxs necə ola bilər ki, İlkinə kömək eləsin? Hazırda istintaq prosesi davam edir, araşdırmalar aparılır. Mərhumun yaxınlarından da heç kəs həmin polis əməkdaşının istintaqa cəlb edilməsi ilə bağlı şikayət verməyib”.

 

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Apteklərdə maskaların qiyməti QALXDI 24 Fevral 2020, 16:27 Hökümətdən koronavirusla bağlı yeni qərar - Fəaliyyət Planı TƏSDİQLƏNDİ 24 Fevral 2020, 16:20 Həftə sonunun yol terroru: 5 nəfər ölüb 24 Fevral 2020, 16:13 Çin koronavirusun dərmanını tapdı 24 Fevral 2020, 16:07 Prezident İsrafil Qurbanova orden verdi 24 Fevral 2020, 16:01 “Azərbaycanın sərhədyanı rayonları İrandakı koronavirusa görə əziyyət çəkəcək” 24 Fevral 2020, 15:59 Sabir İlyasov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi 24 Fevral 2020, 15:52 İlham Əliyevdən Artur Rasi-zadə ilə bağlı SƏRƏNCAM 24 Fevral 2020, 15:47 Qondarma rejimin “müdafiə naziri” işdən azad olundu 24 Fevral 2020, 15:44 Prezident deputatla bağlı sərəncam verdi 24 Fevral 2020, 15:42 BMU-da  Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin təsnifat mərhələsi keçirilib - FOTO 24 Fevral 2020, 15:36 Nazirlikdə ictimai dinləmə keçiriləcək 24 Fevral 2020, 15:30 Daha bir ölkədə koronavirus AŞKARLANDI 24 Fevral 2020, 15:25 Şəhidin nəşi Zərdaba yola salınıb - YENİLƏNİB 24 Fevral 2020, 15:18 Azərbaycan cüdoçuları Almaniyada 4 medal qazanıb - FOTO 24 Fevral 2020, 15:14 “Əsgərə salam” futzal turniri başa çatdı - FOTO 24 Fevral 2020, 15:07 Cəlilabadda koronavirusun yayılması xəbəri ilə bağlı - Rəsmi Açıqlama 24 Fevral 2020, 15:00 Naxçıvan Ali Məclisinə sədr seçildi 24 Fevral 2020, 14:53 İrana uçuşlar dayandırılır? - AZAL-dan AÇIQLAMA 24 Fevral 2020, 14:47 Xocalı qurbanları Daşkənddə anıldı 24 Fevral 2020, 14:40 İşdən çıxarılan 7 hakimin adı bəlli oldu - SİYAHI 24 Fevral 2020, 14:34 İnam Kərimov Ucarda, müavinləri Goranboy və İmişlidə qəbul keçirəcək 24 Fevral 2020, 14:28 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib 24 Fevral 2020, 14:22 Nazirlər Kabinetinin saytının adı dəyişdi 24 Fevral 2020, 14:15 Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - FOTO 24 Fevral 2020, 14:08 Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF 24 Fevral 2020, 14:02 Fevralın 26-da ilk dərslər Xocalıya həsr olunacaq 24 Fevral 2020, 13:56 Azərbaycandakı zəlzələnin fəsadları – FOTOLAR 24 Fevral 2020, 13:50 Prezident Əli Əsədovu Komissiyanın yeni sədri TƏYİN ETDİ 24 Fevral 2020, 13:37 Əsassız xəbərlər koronavirusdan daha təhlükəlidir - ÜST 24 Fevral 2020, 13:34 Hafiz Hacıyev deyir ki, səhhəti PİSLƏŞİB 24 Fevral 2020, 13:27 Nazirlikdən hava xəbərdarlığı: külək, qar 24 Fevral 2020, 13:21 İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAM 24 Fevral 2020, 13:17 Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - PROQNOZ 24 Fevral 2020, 13:14 Qaz xətlərində 42 min qanunsuz qoşulma aşkarlandı 24 Fevral 2020, 13:10