Modern.az

Məzahir Pənahov DSK-nın qərarını ləğv etdi

Məzahir Pənahov DSK-nın qərarını ləğv etdi

11 Yanvar 2020, 16:44

Mərkəzi Seçki Komissiyası (MSK) 41 saylı Sumqayıt Birinci Seçki Dairəsinin qərarını ləğv edib.

 

Modern.az-ın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə deputatlığa namizədliyini irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

 

MSK üzvü Qabil Orucov bildirib ki, 41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M. Rəhimlinin namizədliyini qeydə almayıb. MSK DSK-nın qərarını ləğv edib və M.Rəhimlinin namizədliyi qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi