Arxiv
13 Yanvar 2020, 11:45 | PARLAMENT
Mayıs Səfərli dairəsini niyə dəyişdi? - özü aydınlıq gətirdi

Azərbaycanda fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən şəxslər arasında ikinci çağırış Milli Məclisin deputatı olmuş Yurddaş partiyasının sədri  Mayıs Səfərli də var.

 

Eks-deputat bu dəfə seçkilərə 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən qatılıb.

 

Maraqlı məqam var ki, Mayıs Səfərli öncə 125 saylı dairədən namizədliyini irəli sürüb. Lakin sonrada öz istəyi ilə bu dairədən imtina edərək, 44 saylı dairədə sənədlərini təqdim edib. 

 

Dairəni dəyişməsinin səbəbləri haqqında Modern.az-a danışan partiya sədri bu addımı Sumqayıt sakinlərinin təkidi ilə atdığını söyləyib:

 

“Mən Sumqayıtı və sumqayıtlıları yaxşı tanıyıram. Uzun illər orada çalışmışam, respublika qəzetlərinin birinin Sumqayıt üzrə zona müxbiri olmuşam. Sumqayıtın ekoloji problemlərinin, sakinlərin sosial-iqtisadi narahatlıqlarını  həmişə kəsərli şəkildə işıqlandırmışam, böyük rezonans doğuran yazılarım olub. Tək yazmaqla deyil, problemlərin aradan qaldırılması ilə bağlı da ciddi fəaliyyət göstərirdim.

 

Mən Qubadlıdanam. Sumqayıtda çoxlu sayda qohum-əqrəbam yaşayır. Sumqayıtda məskunlaşan qaçqın və məcburi köçkünlərimiz məni dəvət etdilər və onların vəkili olmağımı istədilər. Mən də etiraz etmədim”.

 

Keçmiş deputat onu 15 il sonra yenidən parlament seçkilərinə qatılmağa vadar edən səbəblərə də toxunub. M. Səfərli peşəkar siyasətçi olduğunu xatırladıb:

 

“30 ilə yaxındır, peşəkar siyasətlə məşğul oluram. 1993-cü ildən fəaliyyət göstərən Yurddaş partiyasının sədriyəm. Partiyanın əsas qayəsi xaricdə yaşayan azərbaycanlılarla vətən arasında ünsiyyət körpüsü yaratmaq, onların hüquq və azadlıqlarının qorunmasıdır.

 

Bu məsələnin dövlət siyasətinə çevrilməsi üçün böyük işlər görmüşük. Diaspor Komitəsinin yaradılması, bununla bağlı qanunvericiliyin hazırlanmasında partiyanın rolu böyükdür. Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı, Qarabağ probleminin həlli, itirilmiş torpaqlarımızın qaytarılması partiyamızın əsas hədəflərindəndir. Bütün bunları nəzərə alaraq, yenidən parlament seçkilərində itirak etməyi qərara aldım. Hesab edirəm ki, bu məsələlərdə parlament daha mübariz olmalıdır. Mənim əvvəllər deputatı olduğum ikinci çağırış Milli Məclis mübarizliyi ilə seçilirdi.

 

Hazırda Azərbaycanda böyük islahatlar aparılır. Bütün sahələrdə olduğu kimi hakimiyyətin qanuncverici orqanı olan parlamentdə də islahatların aparılması vacibdir. İslahatların əhatə etdiyi parlamentdə iştirakı özümə vəzifə hesab edirəm”.

 

Sumqayıtda elektorat bazasının, dayaqlarım çox olduğunu vurğulayan partiya sədri rəqiblərinə uğurlar arzulayıb:

 

“Mən konkret iş görən biriyəm. İnsanların tanımadığı, görmədiyi deputatlardan olmamışam. Seçicilərin içərisindəyəm. Ona görə, rəqiblərimə uğurlar arzulamaqla yanaşı  onların mənimlə apardığı yarışın özləri üçün çətin olacağını diqqətə çatdırmalıyam. Ən əsası, mən seçicilərimin qarşısına alnıaçıq, başı uca gedirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qocaman jurnalist dünyasını dəyişib 13 İyul 2020, 08:50 Bu ölkədə koronavirusa görə alkaqol satışına qadağa qoyuldu 13 İyul 2020, 08:39 Azərbaycanın görkəmli memarı vəfat edib 13 İyul 2020, 08:37 Türkiyədən qardaş dəstəyi - “Azərbaycanın yanındayıq" 13 İyul 2020, 08:22 Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ 13 İyul 2020, 08:00 Tovuz təxribatının baiskarı olan erməni general - FOTO 13 İyul 2020, 05:08 “Düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri görülür” - Müdafiə Nazirliyi 13 İyul 2020, 01:06 Şəhidlərimizin cənazəsi alqışlarla qarşılandı - VİDEO 13 İyul 2020, 00:47 Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - RƏSMİ 13 İyul 2020, 00:26 Milli Məclisdə benefisiar sahibliklə bağlı müzakirələr aparılmır 13 İyul 2020, 00:24 Motosiklet yolu keçən qadını vurub öldürdü 13 İyul 2020, 00:13 Azərbaycanda reanimasiyada 356 COVİD-19 xəstəsi var - FOTO 12 İyul 2020, 23:53 Gədəbəy sakini əmisini qətlə yetirib - Təfərrüat, YENİLƏNİB 12 İyul 2020, 23:36 Tovuz sakinlərindən ordumuza dəstək - FOTO 12 İyul 2020, 23:07 DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb 12 İyul 2020, 22:41 Üç şəhidimizin ad-soyadı AÇIQLANDI 12 İyul 2020, 22:26 Rusiyadan 233 nəfər Vətənə gətirildi - FOTOLAR 12 İyul 2020, 22:23 “Ordumuz düşmənə layiqli cavabını verməli idi və verdi” - Jalə Əliyeva 12 İyul 2020, 22:16 Türkiyədə 5 363 nəfər COVİD-19-un qurbanı oldu 12 İyul 2020, 22:04 Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini 12 İyul 2020, 21:48 Şəhidlərimizdən birinin ad-soyadı açıqlanıb - FOTO 12 İyul 2020, 21:31 Yaponiyada virusa yoluxanların sayı artır 12 İyul 2020, 21:23 “Hər birinizi əmin edirəm ki, düşmənə ağır zərbə vurulub” - Qənirə Paşayeva 12 İyul 2020, 21:09 Bakıda iki dost güllələndi 12 İyul 2020, 20:53 Türkiyədə zəlzələ oldu 12 İyul 2020, 20:41 “Qurban Abbasov” gəmisinin 19 heyət üzvü COVID-19-a yoluxdu 12 İyul 2020, 20:19 AzTV şəhidlərə görə konserti ləğv etdi 12 İyul 2020, 20:14 Sabiq nazirin anası və həyat yoldaşı dünyasını dəyişdi - YENİLƏNİB 12 İyul 2020, 20:03 XİN cəbhədəki vəziyyəti ŞƏRH ETDİ: Düşmən yeni mövqelər ələ keçirmək İSTƏYİB 12 İyul 2020, 19:27 Müdafiə Nazirliyi erməniləri TƏKZİB ETDİ: Ərazi itkisinə yol verilməyib 12 İyul 2020, 18:58 Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA 12 İyul 2020, 18:49 Özbəkistanda koronavirusa yoluxanların sayı açıqlandı 12 İyul 2020, 18:05 İndoneziyada koronavirusa yoluxanların sayı 75 min nəfəri ötdü 12 İyul 2020, 17:59  Makkenzi ABŞ-ın ən varlı qadını oldu 12 İyul 2020, 17:49 Azərbaycanda daha 520 nəfər yoluxdu, 8 pasiyent vəfat etdi     12 İyul 2020, 17:33