Modern.az

Səyyad Aranla bağlı xəbərə TƏKZİB

Səyyad Aranla bağlı xəbərə TƏKZİB

Aktual

15 Yanvar 2020, 14:38

Dünən saytımızda “Səyyad Arandan şikayət var:Evini kirayəyə verən dövlət rəsmisi ilə qonşusu arasında QALMAQAL” başlıqlı yazı dərc olunub.

 

Səbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 67 –də yaşayan Məmmədova Felmira İsax qızı Modern.az-a şikayət edərək bildirib ki, o, keçmiş millət vəkili Səyyad Arana məxsus üzbəüz mənzildə yaşayır və həmin mənzil kirayəyə verilib.

 

Bu yazı saytda dərc olunduqdan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran redaksiyamızla əlaqə saxlayaraq Modern.az-a heç bir açıqlama vermədiyini və həmin ünvanda qətiyyən nə özünə, nə də oğluna məxsus mənzil olmadığını bildirib.

 

Məsələni dəqiqləşdirdikdə aydın oldu ki, doğrudan da Modern.az-ın əməkdaşının danışdığı şəxs Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, keçmiş millət vəkili Səyyad Aran olmayıb.

 

Şikayətçi xanım həmin mənzilin səhvən Səyyad Arana məxsus olduğunu deyib.

 

Beləliklə, həmin mənzilin sahibinin adı da Səyyad olub.

 

Şikayətçi ilə üzbəüz mənzilin sahibi Milli Məclisin keçmiş işçisi Səyyad Ələsgərov olub və əməkdaşımıza açıqlama verən də məhz həmin şəxs olub.

 

Beləliklə, şikayətçinin yanlış təqdimatı əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranın işgüzar nüfuzuna xələl gəlib.

 

Modern.az saytı yanlışlığa görə Səyyad Arandan üzr istəyir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!