Modern.az

MTRŞ sədri ATƏT DTİHB Seçki Müşahidə Missiyasının analitikini qəbul edib

MTRŞ sədri ATƏT DTİHB Seçki Müşahidə Missiyasının analitikini qəbul edib

Aktual

15 Yanvar 2020, 18:17

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) media analitiki Kira Kalininanı qəbul edib.

 

Modern.az xəbər verir ki, bu gün keçirilən görüşdə Azərbaycanda audiovizual sahədə olan son vəziyyət müzakirə olunub.

 

Həmçinin Şuranın vəzifə və funksiyaları, Şuranın həyata keçirdiyi monitorinqlər, tənzimləmə prosesində mövcud problemlər analitikin diqqətinə çatdırılıb. N.Məhərrəmli və K.Kalinina növbədənkənar parlament seçkiləri ilə əlaqədar televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması və ona nəzarət mexanizmləri, seçkiqabağı təşviqat kampaniyasında siyasi reklamın yayımı ilə bağlı məsələləri də müzakirə ediblər.

 

Son olaraq, MTRŞ sədri Nuşirəvan Məhərrəmov qonağı maraqlandıran sualları cavablandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır