Modern.az

Misirin Ankaradakı nümayəndəsi Türkiyə XİN-ə çağırıldı

Misirin Ankaradakı nümayəndəsi Türkiyə XİN-ə çağırıldı

Aktual

15 Yanvar 2020, 19:35

Misirin Ankaradakı müvəqqəti işlər vəkili Qahirədə “Anadolu” agentliyinin əməkdaşlarının saxlanılması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, diplomatik nümayəndəyə Türkiyənin reaksiyası çatdırılıb.

 

Qeyd edək ki, Türkiyə ilə Misir arasında diplomatik münasibətlər 2013-cü ildən etibarən müvəqqəti işlər vəkili səviyyəsində davam etdirilir.

 

Xatırladaq ki, “Anadolu” agentliyinin Qahirədəki ofisinin 4 əməkdaşı polis tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi