Modern.az

1906 jurnalist öldürülüb - 2019-cu ilə Meksika ilə Suriya liderlik edib

1906 jurnalist öldürülüb - 2019-cu ilə Meksika ilə Suriya liderlik edib

16 Yanvar 2020, 13:19

Jurnalistləri Qoruma Komitəsinin (Committee to Protect Journalists) hesabatına görə, 1992-ci ildən 2019-cu ilə kimi 1906 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən və ya müəllifi olduğu xəbərə görə öldürülüb.

 

Modern.az xəbər verir ki, 2019-cu ildə ən çox jurnalistin öldürüldüyü ölkələr Suriya və Meksika olub.

 

Ötən il öldürülən 50 jurnalistdən az qismi silahlı münaqişələrin olduğu bölgələrdə qeydə alınıb.Sui-qəsdə qurban gedən jurnalistlərin sayında isə azalma müşahidə olunub. 10 jurnalist sui-qəsd nəticəsində öldürülüb ki, bu da 1992-ci ildən bəri ən aşağı göstəricidir.

 

Ümumiyyətlə, jurnalistlərə qarşı cinayətlərdə 2015-ci ildən etibarən azalma müşahidə olunur.

 

Ən çox jurnalistin həyatını itirdiyi il İraq və Suriyada müharibənin qızışdığı 2006-cı il olub. Həmin il 155 nəfər öldürülüb.

 

Ən çox jurnalistin həbs olunduğu ölkə isə Çindir. 2019-cu ildə Çin həbsxanalarında ən az 48 jurnalistin olduğu qeydə alınıb.

 

Çindən sonra ən çox jurnalistin həbs olunduğu ölkələr Türkiyə, Səudiyyə Ərəbistanı və Misirdir.

 

Əfsanə ŞƏRİF

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi