Arxiv
16 Yanvar 2020, 18:13 |
Transxəzər fiber-optik kabel xətləri Avropa-Asiya arasında Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti ölkənin Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində “Azerbaijan Digital Hub” proqramının icrasına davam edir.

 

Proqramın ilk fazasında şirkət ölkə daxilində və xaricində dayanıqlı magistral infrastruktur quruculuğu üzrə layihələr reallaşdırır. Hazırda Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi layihələrinə başlanılıb. Bu marşrutlar üzrə fiber-optik kabel xətlərinin çəkilməsi məqsədilə 19 mart 2019-cu il tarixdə Azərbaycanla Qazaxıstan, 28 noyabr tarixində isə Azərbaycanla Türkmənistan arasında dövlətlərarası sazişlərimzalanıb.

 

Sazişlərə əsasən, Azərbaycan-Qazaxıstan marşrutu üzrə 400 km uzunluqda xəttin (TransCaspian Fiber Optic – TCFO) çəkilişini Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstanın isəKazTransCom və Transtelecom şirkətləri icra edəcək. Layihənin2021-2022-ci illərdətamamlanması planlaşdırılır.Ötən ilin noyabr ayında Qazaxıstanın Aktau şəhərində Azərbaycan-Qazaxıstan marşrutu üzrə layihənin təməlqoyma mərasimi keçirilib  və tədbirdə hər iki ölkənin baş naziri, dövlət rəsmilərivə layihəni icra edənşirkətlərin rəhbərləri iştirak ediblər.

 

Azərbaycan-Türkmənistan marşrutunun uzunluğu isə 300 km olacaq və layihəniAzerTelecomvə Türkməntelekom operatorlarıicra edəcək.

 

AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, Qazaxıstan istiqaməti üzrə xəttin məlumat ötürmə gücü ən azı 4-6 terabit/s, Türkmənistan istiqaməti üzrə isə 2-3 terabit/s olacaq.

 

“Ölkə başçısı cənab Prezident İlham Əliyev ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişi məsələsinə toxunmuş, layihənin önəmli olduğunu bildirmiş və qeyd etmişdir ki, bir halda ki Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiber-optik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Cənab Prezidentin diqqət mərkəzində olan bu strateji layihələrin “Azerbaijan Digital Hub” proqramı çərçivəsində icrası əsas hədəfimizdir” – deyə Fuad Allahverdiyev qeyd edib.

 

Xəzərin dibi ilə magistral xətlərin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə tarixi ipək yolunun üzərində rəqəmsal ipək yolu formalaşacaq. Qazaxıstan istiqaməti üzrə Qazaxıstanın və Çinin, Türkmənistan istiqaməti isə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistanın data trafikinə olan ehtiyacı təmin ediləcək.

 

AzerTelecom Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsidir. AzerTelecom yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azad Rəhimovdan koronavirus açıqlaması: “Biz idmançılarımızı qorumalıyıq” 27 Fevral 2020, 12:35 Parlament seçkilərinin ən qalmaqallı və şəffaf DAİRƏLƏRİ - SİYAHI 27 Fevral 2020, 12:30 Azərbaycandan keçən koronaviruslu gürcü avtobusdakıları da yoluxdurub? 27 Fevral 2020, 12:28 İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi 27 Fevral 2020, 12:28 Əbülfəz Qarayev: Musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron qaydada aparılacaq 27 Fevral 2020, 12:26 Novruz bayramı ilə əlaqədar şənliklərin keçirilməsi hələ qüvvədədir - Dövlət Agentliyi 27 Fevral 2020, 12:20 Gürcüstan-Azərbaycan sərhədində 2 İran vətəndaşı Gürcüstana buraxılmadı - RƏSMİ 27 Fevral 2020, 12:14 Havalar istiləşsə, koronavirus azalacaq? 27 Fevral 2020, 12:09 Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər AÇIQLANDI 27 Fevral 2020, 12:04 İranda koronavirusdan ölənlərin sayı 22-yə çatıb 27 Fevral 2020, 11:58 Tələbələrin köçürülməsinin NƏTİCƏLƏRİ 27 Fevral 2020, 11:57 QMİ-dən koronavirusa görə Həcc ziyarətinin dayandırılması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:51 Elmar Qasımov İstanbulda beynəlxalq tədbirə qatılıb 27 Fevral 2020, 11:46 Dövlət Turizm Agentliyi: “Koronavirus bazarımıza mənfi təsir edəcək” 27 Fevral 2020, 11:44 Azərbaycanda hotellərə ulduzların verilmə qaydası AÇIQLANDI 27 Fevral 2020, 11:38 Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır 27 Fevral 2020, 11:37 Heydər Əliyev Fondu sabiq icra başçısının gəlinin müalicəsini öz uzərinə götürdü 27 Fevral 2020, 11:34 Bilet əldə etmək ova icazə verilməsi demək deyil - NAZİRLİK 27 Fevral 2020, 11:28 Polis “Əmioğlu”nu həbs etdi - FOTO 27 Fevral 2020, 11:23 DSX-dən Azərbaycan-Gürcüstan sərhədinin bağlanması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:18 Bir gündə yol qəzalarında 5 nəfər öldü - RƏSMİ 27 Fevral 2020, 11:14 Xocalıya görə təzminat: Hərbi Prokurorluq fərdi müraciəti məsləhət görür 27 Fevral 2020, 11:09 “Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb” - Gömrük Komitəsi 27 Fevral 2020, 11:04 ““BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər”  27 Fevral 2020, 10:57 Gürcüstanda 4 Azərbaycan vətəndaşı koronavirus şübhəsilə nəzarətə GÖTÜRÜLDÜ 27 Fevral 2020, 10:55 Nazir Xətainin Bakıdakı heykəlinin köçürülməsindən DANIŞDI 27 Fevral 2020, 10:51 Gürcüstanda koronavirus tapılan şəxslə bağlı Nazirlikdən rəsmi AÇIQLAMA 27 Fevral 2020, 10:45 Bakı-Gürcüstan avtobuslarının gediş-gəliş dayandırılıb? - RƏSMİ 27 Fevral 2020, 10:39 Kapital Bank yenilənən Siyəzən filialını istifadəyə verdi 27 Fevral 2020, 10:32 Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək 27 Fevral 2020, 10:26 Səudiyyə Ərəbistan Ümrə ziyarətini dayandırdı 27 Fevral 2020, 10:23 ÜST: Koronavirusdan 2761 nəfər ölüb 27 Fevral 2020, 10:18 ABŞ Konqresində Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2020, 10:15 Bakıda kütləvi dava: Yaralılar var 27 Fevral 2020, 10:14 Gürcüstan Azərbaycana gediş-gəlişi qismən məhdudlaşdırdı 27 Fevral 2020, 10:11