Modern.az

Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək

Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək

Media

17 Yanvar 2020, 18:06

Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynovun qızı Leyli Hüseynli televiziyada işə başlayıb.

 

Bu barədə Modern.az-a Leyli Hüseynlinin anası Səbinə Hüseynli məlumat verib.

 

O, bildirib ki, qızı Leyli Hüseynli AzTV-də aparıcılıq edəcək:

 

“İngilis dilində olan gecə xəbərləri ilə efirə çıxacaq. İmtahandan keçərək işə qəbul olunub”.

 

Qeyd edək ki, Leyli Hüseynli Azərbaycanın xalq artisti, tanınmış diktor, mərhum Rafiq Hüseynovun qızıdır. Rafiq Hüseynov 2017-ci ilin 30 oktyabrında 71 yaşında dünyasını dəyişib.

 

Leyli Hüseynli Azərbaycan Rəssamlıq Akademiyasının ikinci kursunda təhsil alır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi