Modern.az

“Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib - FOTO

“Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib - FOTO

Aktual

17 Yanvar 2020, 19:00

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Qanlı 20 yanvar faciəsinin 30 illiyinə həsr olunan tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, ədəbi-bədii tədbirdə əməkdar artistlər Ağalar Bayramov, Yaqut Abdullayev və Azad Şükürov, ADMİU-nun tələbləri və media nümayəndələri iştirak ediblər.

 

Tədbirin başlanğıcında 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ADMİU-nun Teatr sənəti fakültəsinin tələbləri Ələkbər Axundov, Röyal Allahverdiyev, Rəfael Quliyev, Aysel Feziyeva,Mehin Məmmədli, Saleh Cümşüdlü, Çinarə Səmədova, Elsevər Rəhimov, Esmiralda Abdullayeva, Çinarə Qurbanova və Orxan İsrafilov "20 Yanvar-qürur günümüz" adlı ədəbi-bədii kompozisiyanı təqdim ediblər. Qan yaddaşımızı əks etdirən kompozisiya maraqla qarşılanıb. 

 

Qeyd edək ki, kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru əməkdar artist Mahirə Yaqubovadır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir