Arxiv
19 Yanvar 2020, 11:37 | ÖLKƏ
Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşüb

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, akademik Əhliman Əmiraslanovun seçicilərlə  görüşləri davam edir.

 

Modern.az xəbər verir ki, növbəti  görüş Sabirabad rayonunun Cavad kəndində baş tutub. Görüşdə çıxış edən YAP Sabirabad rayon təşkilatının  sədri Məleykə Ağayeva Əhliman Əmiraslanovun təşəbbüsü ilə rayonda görülən işlərdən söz açıb. O, Əhliman Əmiraslanovun Sabirabad əhalisinə qarşı diqqət və qayğısından danışıb. M.Ağayeva bildirib ki, deputatlığa namizəd, akademik Əhliman Əmiraslanovun bu dairədən növbəti dəfə namizədliyinin irəli sürülməsi onun ölkədəki, o cümlədən Sabirabad rayonundakı hörməti və nüfuzu ilə əlaqədardır.

 

Növbəti dəfə seçicilərinin görüşünə gələn Əhliman Əmiraslanov  son illərdə ölkə prezidentinin tapşırıqları əsasında digər rayonlar kimi Sabirabadda da əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə iri miqyaslı layihələrin icra olunduğunu, həmçinin yenidənqurma işlərinin aparıldığını bildirib: “Bu gün ölkə Prezidenti, partiyamızın sədri, cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü işlər aparır. Bu gün hər birimiz Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək daha güclü Azərbaycan naminə addımlamalıyıq. Ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ciddi islahatlar aparılır və icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq vətəndaşlarımız yüksək keyfiyyətli tibbi xidmətlə təmin ediləcək”. Ə.Əmiraslanov Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə ölkəmizin rolu və yeri haqqında danışıb. Tədbirdə iştirak edən Cavad  və ətraf - Həsənalı, Əlicanlı və Zəngənə kəndlərinin sakinlərini parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd Əhliman Əmiraslanov onu da qeyd edib ki,  seçkilərdə vətəndaşların fəal iştirakı demokratik cəmiyyət quruculuğu baxımdan çox əhəmiyyətlidir.

 

Tədbirdə çıxış edən yerli sakinlər deputatın ötən illər ərzindəki fəaliyyətindən razı qaldıqlarını, onun seçicilərinin etimadını layiqincə doğrultmasından söz açıblar. Onlar 9 fevral seçkilərində də növbəti dəfə Əhliman Əmiraslanovun namizədliyini dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Ermənilər dünyanın gözü qarşısında özlərini biabır etdilər" - Mübariz  Mənsimov 16 Fevral 2020, 23:53 Gənclər təlimlərə cəlb edildi 16 Fevral 2020, 23:36 Rusiyanın Türkiyədəki səfiri yenə ölümlə HƏDƏLƏNDİ 16 Fevral 2020, 23:18 Şəmkirdə ağır qəzada 3 nəfər öldü 16 Fevral 2020, 23:09 Turist təyyarəsi qəzaya uğradı 16 Fevral 2020, 22:51 AMEA zəlzələ barədə: "Təşviş yaratmağa ehtiyac yoxdur" 16 Fevral 2020, 22:34 Günəşlidə 32 yaşlı qadın bıçaqlandı 16 Fevral 2020, 22:14 Azərbaycanda yenə zəlzələ oldu 16 Fevral 2020, 22:00 “Ekologiya postu” sökülür - VİDEO 16 Fevral 2020, 21:48 Heydər Əliyev prospektində qəza: tıxac yaranıb 16 Fevral 2020, 21:33 "Neftçi" paytaxt derbisində "Keşlə"yə qalib gəldi 16 Fevral 2020, 21:19 Moldovada yaşayan gənc azərbaycanlıların I Forumu keçirilib - FOTO 16 Fevral 2020, 20:57 Rafael Ağayev növbəti qızıl medalını qazandı 16 Fevral 2020, 20:39 Elmar Məmmədyarov Belçikaya getdi 16 Fevral 2020, 20:18 Mətbuat Şurası icazəsiz aksiyada monitorinq aparıb 16 Fevral 2020, 20:04 Şamaxıda zəlzələ oldu 16 Fevral 2020, 17:54 Səbaildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı 16 Fevral 2020, 17:51 İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb 16 Fevral 2020, 17:45 Dövlət başçılarının MÜNHEN DEBATI: Erməni mətbuatı Paşinyanı göyərçinə bənzətdi 16 Fevral 2020, 17:38 Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb 16 Fevral 2020, 17:37 Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib 16 Fevral 2020, 17:30 Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib 16 Fevral 2020, 17:26 Məhərrəm Zülfüqarlı: Seçki şikayətlərinə baxılması üçün 3 gün azdır! 16 Fevral 2020, 17:21 Sınaq və buraxılış imtahanları keçirilib 16 Fevral 2020, 17:03 Bərdədə gənc oğlan dəm qazından zəhərlənərək öldü 16 Fevral 2020, 16:50 Saxlanılan və xəsarət alan olmayıb - BŞBPİ-dən bugünkü aksiya ilə bağlı AÇIQLAMA 16 Fevral 2020, 16:42 YAP-dan MSK-nın qarşısında keçirilən aksiyaya MÜNASİBƏT 16 Fevral 2020, 16:14 Məşhur “Survivor” bu gün başlayır - Yarışmaya ilk dəfə azərbaycanlı da qatılıb 16 Fevral 2020, 16:00 “İsgəndər Həmidov koma vəziyyətindədir” - AÇIQLAMA 16 Fevral 2020, 15:22 Mübariz Qurbanlı: “Məni dolaşdıra bilmədilər” - SÖHBƏT 16 Fevral 2020, 15:11 Azərbaycanlı və ruslar bazarda yer üstündə mübahisə etdi: 3 ölü, 1 yaralı 16 Fevral 2020, 14:52 Bakıda dünya kubokunun qalibi bəlli oldu - Fotolar 16 Fevral 2020, 14:48 İlqar Məmmədov, Ruslan İzzətli saxlanılmayıb - DİN-dən AÇIQLAMA 16 Fevral 2020, 14:10 Azərbaycan Litvanı Twitterdə təbrik etdi 16 Fevral 2020, 14:02 Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 azərbaycanlıda koronavirus yoxdur - AÇIQLAMA 16 Fevral 2020, 13:58