Ermənistanda 44 günlük müharibənin iştirakçısı, “Monax” ləqəbi ilə tanınan Artur Ayvazyan saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə onun vəkili Anna Tsarukyan məlumat yayıb.
Vəkilin sözlərinə görə, Ayvazyan dünən saxlanılıb, lakin hələlik ona ittiham irəli sürülməyib. Tsarukyan hadisənin detalları barədə məlumat verməyib, yalnız “odlu silahdan açılan atəş nəticəsində yaralanma halının” olduğunu bildirib.
Qeyd edək ki, Ayvazyan 2021-ci ilin mayında Ermənistanın Baş naziri Nikol Paşinyanı və onun tərəfdarlarını təhqir etməkdə ittiham olunaraq həbs edilmişdi.
Həmin vaxt “Monax” dostları ilə birlikdə Sünik sərhədlərinin müdafiəsi üçün onların silahlandırılmasını tələb edərək Tex kəndi yaxınlığında yolu bağlamışdı.