Modern.az

Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa GÖNDƏRİLDİ

Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa GÖNDƏRİLDİ

Dünya

20 Yanvar 2020, 16:20

Ermənistanın sabiq başçısı Serj Sarkisyan haqqında cinayət işinin təhqiqatı yekunlaşıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi istintaq xidmətinin məlumatına görə, cinayət işinə dair materiallar prokurorluğa göndərilib.

 

Serj Sarkisyan bir milyon dollardan çox dövlət vəsaitinin mənimsənilməsində ittiham olunur. Onunla birlikdə sabiq kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan, nazirliyin bitkiçilik idarəsinin rəisi Gevorq Arutyunyan və “Fleş” şirkətinin sahibi Barseq Beqlaryana da ittiham irəli sürülüb.

 

İstintaqın versiyasına görə, sui-istifadə kəndlilərə dizel yanacağının münasib qiymətlərlə satılması üzrə hökumət proqramı çərçivəsində baş verib. Cinayət işinin materiallarında göstərilir ki, Sərkisyan tabeçiliyindəki şəxslərə dizel yanacağının tədarükçüsü qismində “Fleş” kompaniyasını seçməyi tapşırmaqda şübhəli bilinir. Halbuki digər şirkət – “Masxur” kompaniyası daha ucuz qiymət təklif etmişdi.

 

Müstəntiqlər hesab edir ki, keçmiş prezident sövdələşmədən maksimum şəkildə şəxsi mənfəət götürmək niyyəti güdüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı