Modern.az

Şəhidlər Xiyabanında itkin düşmüş şəxslərin adları əbədiləşdirildi

Şəhidlər Xiyabanında itkin düşmüş şəxslərin adları əbədiləşdirildi

Aktual

21 Yanvar 2020, 16:20

Gəncədə Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itgin düşmüş şəxslərin xatirəsinə" adlı abidə ucaldılıb. Xatirə löhvəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nizami Rayon bələdiyyəsi tərəfindən inşa edilib. Onun üzərinə 90 nəfərin adı həkk olunub.

 

Modern.az xəbər verir ki, abidənin 20 Yanvar – Ümumxalq Hüzn Günündə açılışı olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər ictimaiyyəti abidəni ziyarət edib, önünə güllər düzüblər.

 

Qeyd edək ki, Gəncənin Şəhidlər xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var. Məzarlardan 49-u isə naməlumdur.

 

Gəncənin Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək üçün 2013-cü il yanvarın 20-də əbədi məşəl abidəsi ucaldılıb. Abidənin hündürlüyü 21 metrdir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır