Arxiv
22 Yanvar 2020, 09:27 | PARLAMENT
Təbliğat-təşviqata nə qədər pul xərcləyib deputat seçilmək olar?

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya müddətində namizədlərin yaydıqları bir-birindən fərqli təbliğat materiallarının, piar kampaniyalarının şahidi oluruq. Təbii ki, hərə öz büdcəsinə uyğun təbliğat apara bilir.

 

Maraqlıdır, təbliğat kampaniyasını aparmaq ortalama nə qədər vəsait tələb edir?

 

Modern.az-a bu barədə danışan 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyev bildirib ki, namizədlərin seçki təşviqatına nə qədər vəsait xərcləməsi onun kim olması və hədəfinin nə olmasından asılı olaraq dəyişə bilir:

 

“Namizəd var ki, işi ilə, mövqeyi ilə, adı və siması ilə cəmiyyət tərəfindən tanınır. Namizəd də var ki, çox az tanınır və tanıyanlar namizədi sevmir, dəstəkləmir və rəğbət bəsləmirlər. Elə namizədlər var seçilmək uğrunda sözün əsl mənasında mübarizə aparırlar, elə namizədlər var sadəcə görünmək istəyirlər. Bunları nəzərə alsaq, Bakıdakı bir dairədə qanuni təşviqat üçün minimum 2000 manatdan başlayaraq, ortalama 10-15 minmanat kifayət edər. Bundan artıq vəsait olarsa, bunu təşviqatın gücləndirilməsinə sərf etmək olar. Burada isə yuxarı hədd qanunla 500 000 manatdır və reputasiyası zəif namizədlər adətən seçiciləri müxtəlif yollarla ələ almaq üçün böyük məbləğdə pul xərcləməli olurlar”.

 

Özünün təbliğat-təşviqat kampaniyası üçün ayırdığı büdcəyə gəlincə, B.Hacıyev hələlik məbləğin müəyyənləşmədiyini söyləyib:

 

“Seçkiqabağı təbliğat-təşviqat kampaniyasının büdcəsi könüllü donorların ianəsindən asılı olacaq. Biz hələ ki, bu kampaniyaya başlamamışıq. Artıq bir neçə nəfər gənc sahibkar, iş adamı hesab nömrəsi göndərməyimizi istəyib. Hələlik başlamamışıq”.

 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd Natiq Cəfərli isə büdcənin məbləğinin namizədin istəklərindən, həyata keçirəcəyi piar aksiyalarından asılı olduğunu düşünür:

 

“Daha çox vəsait fəaliyyət üçün imkanlar açır. İndiki şəraitdə isə müstəqil və müxalif namizədlərin maliyyə imkanlarını nəzərə alsaq, böyük məbləğdə büdcənin toplanması, istifadəsi mümkünsüz görünür. Telelviziyaya çıxış imkanları demək olar ki, yoxdur. Çünki indiki qiymətlərlə televiziyada reklam aparmaq real deyil.

Çap materiallarının, bukletlərinin hazırlanması üçün ən azı 1000 manat vəsait tələb olunur. Bu fəaliyyətə könüllü və köməkçilərin cəlb olunması da nəzərdə tutulur. Çünki plakatların yapışdırılması, bukletlərin paylanması, təbliğatın qurulması tək bir nəfərin öhdəsindən gələ biləcəyi məqam deyil. Ortalama hər dairədə 40 min seçici var. Təbliğat-təşviqat kampaniyası üçün ayrılan vaxt isə qısadır. Könüllüllər cəlb olunsa, onlar pulsuz çalışsalar belə, gündəlik yemək, nəqliyyat, rabitə xərcləri namizədlər tərəfindən qarşılanır. Bütün bunları da nəzərə alsaq, təşviqat dönəmində əlavə ən azı 1000 manata da ehtiyac yaranacaq”.

 

Seçki günündə də vəsait xərclənməli olduğunu diqqətə çatdıran N.Cəfərlinin sözlərinə görə, müşahidəçilərin təşkil olunması, onların nəqliyyat və yemək xərcləri namizədlərin öhdəliyindədir:

 

“Bunun üçün də heç olmasa 1000 manat vəsait lazımdır. Namizədin istəyindən asılı olaraq, tanıtım videolarının çəkilməsi və sosial şəbəkələrdə yayımlanması da əlavə vəsait tələb edir.

Ümumilikdə minimum xərcləri hesablayıb, ən ekonomik büdcə götürsək belə, ən azı 3000 manata kampaniyanı minimal səviyyədə aparmaq mümkündür. Bu kampaniyanın isə nə qədər effekt verəcəyi də sual altındadır. Çünki vəsaitin çox olması kampaniyanın daha çoxşaxəli və maraqlı aparılmasına imkan yaradır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə yenə şəhid verdi 29 Fevral 2020, 00:51 Gürcüstanda yenidən zəlzələ oldu 29 Fevral 2020, 00:29 Azərbaycan millisinin yoxlama oyunları ləğv edilə bilər 29 Fevral 2020, 00:16 NATO-dan Türkiyəyə dəstək gəldi 28 Fevral 2020, 23:56 Eldar Mansurov: Babası xanəndə, atası tarzən olan bəstəkar - VİDEO 28 Fevral 2020, 23:55 Metropolitendə koronavirusla bağlı profilaktik dezinfeksiya işi - Foto 28 Fevral 2020, 23:45 Azərbaycandan Gürcüstana gedən şəxs karantinə alındı 28 Fevral 2020, 23:32 Bakıda avtobuslar belə dezinfeksiya edilir - FOTO 28 Fevral 2020, 23:11 Azərbaycanda koronavirusa yoluxan şəxs bu xəstəxanaya yerləşdirildi 28 Fevral 2020, 22:53 Avtobusun qatarla toqquşması 15  can aldı 28 Fevral 2020, 22:35 “Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir” - Prezident  28 Fevral 2020, 22:18 Kürdəmirdə zəncirvari yol qəzası 28 Fevral 2020, 21:57 “Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb” - İlham Əliyev 28 Fevral 2020, 21:46 Ərdoğan Trampla son durumu müzakirə etdi 28 Fevral 2020, 21:32 Türkiyə ilə Rusiya arasında danışıqlar yekunlaşdı 28 Fevral 2020, 21:21 “Azərkosmos” dünyanın 20 ölkəsinə xidmət ixrac edir 28 Fevral 2020, 21:06 Fənn olimpiadalarının yarımfinal turunun nəticələri AÇIQLANDI 28 Fevral 2020, 20:51 Gürcüstanda karantinə götürülənlərin sayı 39-a çatdı 28 Fevral 2020, 20:33 Rusiya və ABŞ-ın qərargah rəisləri İdlib hücumunu mazakirə etdi 28 Fevral 2020, 20:17 Parlamentdə 4 nəfər koronavirusa yoluxdu: bütün iclaslar təxirə salındı 28 Fevral 2020, 20:03 Ev heyvanında koronavirus aşkar edildi 28 Fevral 2020, 20:00 Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib - FOTO - VİDEO 28 Fevral 2020, 19:52 Azərbaycan Misirə başsağlığı verdi 28 Fevral 2020, 19:43 Hökümət koronavirusa görə hüquq mühafizə orqanlarına göstəriş verdi 28 Fevral 2020, 19:34 Koronavirusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur - AÇIQLAMA 28 Fevral 2020, 19:25 İnam Kərimov Ucarda respublika müşavirəsi keçirdi 28 Fevral 2020, 19:08 “Sərhədlərin bağlanması ilə bağlı ictimaiyyətə məlumat veriləcək” - DSX 28 Fevral 2020, 19:00 ÜST Azərbaycanda koronavirusun aşkarlanması barədə məlumat YAYDI 28 Fevral 2020, 18:54 Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu dəyişdirildi 28 Fevral 2020, 18:48 İranla sərhədin bağlanması istiqamətində danışıqlar aparılır - RƏSMİ 28 Fevral 2020, 18:42 TƏBİB rəsmisi: Belorusiyaya gedən Azərbaycan vətəndaşında koronavirus Bakıda aşkarlanmayıb 28 Fevral 2020, 18:36 TƏBİB-dən Ağdaşda yayılan görüntüyə REAKSİYA: Yorğunluqdan huşunu itirib 28 Fevral 2020, 18:30 Koronavirusa görə 24 saat işləyən “Qaynar xətt” yaradıldı 28 Fevral 2020, 18:24 Qərargah: 38 dərəcə hərarəti olanlar yoxlanmalıdılar 28 Fevral 2020, 18:18 Koronavirusa görə 224 nəfər karantin şəraitində saxlanılır - QƏRARGAH 28 Fevral 2020, 18:12