Modern.az

Jalə Əliyeva kənd sakinləri ilə görüşüb - FOTOLAR

Jalə Əliyeva kənd sakinləri ilə görüşüb - FOTOLAR

Aktual

22 Yanvar 2020, 12:00

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçicilərini görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, J. Əliyeva yanvarın 21-də  Zərdab rayonunun Gəlmə, Salahlı,Əlibəyli, Allahqulubağı, Huseynxanlı, Xanməmmədli kəndlərinin bir qrup seçicisi ilə görüşüb.

 

Görüşdə çıxış edən kənd sakinləri Həsən Abulov, Hacı Zakir Məmmədov, İsrafil Feziyev ve başqaları ölkədə aparılan böyük islahatlardan, ölkə başçısı cənab İlham Əliyevin diqqəti ilə Zərdab rayonunda gedən quruculuq işlərindən məmnunluq ifadə ediblər.

 

Sakinlər 14 ildə deputatın onları Parlamentdə layiqincə təmsil etdiyi üçün, Zərdabın problemlərini dönə-dönə səsləndirdiyi üçün təşəkkür ediblər. Seçicilər xüsusilə Gəlmə kəndində körpələr evi usaq bağçası, Gəlmə kəndini şəhərə və 2 kəndə bağlayan körpünün işıqlandırılması, Gəlmə kəndinin bir hissəsinin suvarılmasında yaranan problemin aradan qaldırılması üçün nasosun qoyulmasında, Hüseynxanli məktəbində natamam orta məktəbin tikilməsi, həmin kəndlərdə elektrik xətlərinin yenilənməsi, yeni transformatorların qoyulması, bütün kəndlərdə qazlaşdırılmanın tam başa çatması, Əlibəyli kəndində məsçidin açılması, Gəlmə-Əlibəyli-Zərdab yolunun əsaslı təmirinin plana salınması, həmin kəndlərin bir hissəsinin şəhərə çıxışını təmin edən Zərdab-Ağcabədi yolunun tikintisinin başlanması işlərində göstərdiyi köməkliklərə görə, bu məsələləri əlaqədar təşkilatlara çatdırdığına və müsbət həllinə nail olduğuna görə minnətdarlıq ifadə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!