Arxiv
22 Yanvar 2020, 18:49 | AKTUAL
Bakıda 8 prokurorluq əməkdaşı CƏZALANDIRILDI

2018-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 11813 hadisə qeydə alındığı halda, 2019-cu ildə 637 hadisə, yəni 5,4%  azalaraq 11176 hadisə olmuş, onların açılma faizi 0,4 % azalaraq 79,8 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 30 hadisə və ya 2,3 % azalaraq 1278 olub.

 

Modern.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov bu gün keçirdiyi əməliyyat müşavirəsində bildirib.

 

Müşavirədə cinayət hadisələrinin sayının azalması müsbət göstərici kimi qiymətləndirilsə də, cinayətlərin açılma faizinin azalması ciddi nöqsan kimi vurğulanaraq bağlı qalan cinayətlərin açılması üçün zəruri olan istintaq-əməliyyat və axtarış tədbirlərinin həyata keçirilməsi tələb edilib.

 

Bildirilib ki, 2019-cu ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2018-ci ildə 66 hadisə) 1-i istisna olmaqla, habelə 26 qəsdən adam öldürməyə cəhd cinayətinin (2018-ci ildə 32 hadisə) hamısının açılması təmin edilib.

 

2018-ci illə müqayisədə hesabat dövründə quldurluq hadisəsi 3 hadisə az, yəni 73 hadisə qeydə alınmış, onlardan 8-i bağlı qalıb.

 

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 6 fakt azalaraq 206 olub, onlardan 2-i bağlı qalıb.

 

2019-cu ildə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1027 işdən 534-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 12163 cinayət işindən 4207-nin istintaqı tamamlanıb.

 

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılıb.

  

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da diqqətə çatdırılıb. Bununla yanaşı, qəsdən adam öldürmə, quldurluq və yol nəqliyyat hadisələrindən bağlı qalan  cinayət faktlarının, eləcə də bağlı oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları ətraflı təhlil edilməklə gələcəkdə təkrarlanmaması ilə bağlı konkret tapşırıqlar verilib.

 

Əməliyyat müşavirəsində qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

 

Hesabat dövründə Baş prokurorun müvafiq əmrləri ilə şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 3 nəfərə şiddətli töhmət, 5 nəfərə isə töhmət elan olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondu sabiq icra başçısının gəlinin müalicəsini öz uzərinə götürdü 27 Fevral 2020, 11:34 Bilet əldə etmək ova icazə verilməsi demək deyil - NAZİRLİK 27 Fevral 2020, 11:28 Polis “Əmioğlu”nu həbs etdi - FOTO 27 Fevral 2020, 11:23 DSX-dən Azərbaycan-Gürcüstan sərhədinin bağlanması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:18 Bir gündə yol qəzalarında 5 nəfər öldü - RƏSMİ 27 Fevral 2020, 11:14 Xocalıya görə təzminat: Hərbi Prokurorluq fərdi müraciəti məsləhət görür 27 Fevral 2020, 11:09 “Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb” - Gömrük Komitəsi 27 Fevral 2020, 11:04 ““BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər”  27 Fevral 2020, 10:57 Gürcüstanda 4 Azərbaycan vətəndaşı koronavirus şübhəsilə nəzarətə GÖTÜRÜLDÜ 27 Fevral 2020, 10:55 Nazir Xətainin Bakıdakı heykəlinin köçürülməsindən DANIŞDI 27 Fevral 2020, 10:51 Gürcüstanda koronavirus tapılan şəxslə bağlı Nazirlikdən rəsmi AÇIQLAMA 27 Fevral 2020, 10:45 Bakı-Gürcüstan avtobuslarının gediş-gəliş dayandırılıb? - RƏSMİ 27 Fevral 2020, 10:39 Kapital Bank yenilənən Siyəzən filialını istifadəyə verdi 27 Fevral 2020, 10:32 Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək 27 Fevral 2020, 10:26 Səudiyyə Ərəbistan Ümrə ziyarətini dayandırdı 27 Fevral 2020, 10:23 ÜST: Koronavirusdan 2761 nəfər ölüb 27 Fevral 2020, 10:18 ABŞ Konqresində Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2020, 10:15 Bakıda kütləvi dava: Yaralılar var 27 Fevral 2020, 10:14 Gürcüstan Azərbaycana gediş-gəlişi qismən məhdudlaşdırdı 27 Fevral 2020, 10:11 Azərbaycanda yeni doğulan buzova görə 100 manat verilir – MÜSAHİBƏ 27 Fevral 2020, 10:06 Danimarkada da koronavirus aşkarlandı 27 Fevral 2020, 10:04 UNEC-in Zaqatala filialında yenilik 27 Fevral 2020, 10:04 Bakı polisi bir gündə 20 nəfəri saxladı 27 Fevral 2020, 10:01 Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib 27 Fevral 2020, 09:57 “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücü bərpa edildi - VİDEO 27 Fevral 2020, 09:50 Azərbaycan Sarkisyan və Koçaryanı beynəlxalq axtarışa verə bilər - RƏSMİ 27 Fevral 2020, 09:45 “Yuventus” və “Real” məğlub oldu - Çempionlar Liqası 27 Fevral 2020, 09:40 Məktəblərdə tədris müddəti dəyişə bilər? - QƏRAR 27 Fevral 2020, 09:36 Çindən kənarda koronavirusa yoluxanların sayı 3000-ə çatdı 27 Fevral 2020, 09:30 Düşmən kəndlərimizi atəşə tutdu 27 Fevral 2020, 09:26 Şirvanda ər arvadını yataq otağında amansızcasına qətlə yetirdi 27 Fevral 2020, 09:22 Paytaxtın girişində tıxaca son qoyulacaq - FOTO 27 Fevral 2020, 09:15 İdlibdə 2 türk əsgəri həlak oldu 27 Fevral 2020, 09:10 Gürcüstan Azərbaycanla sərhədləri bağlayıb? 27 Fevral 2020, 09:05 Salyanda ər keçmiş arvadını qətlə yetirib evini yandırdı 27 Fevral 2020, 09:03