Modern.az

Qarabağa səfər edən əcnəbilərin STATİSTİKASI:  Minsk qrupu “üçlüyü”nün vətəndaşları liderdir

Qarabağa səfər edən əcnəbilərin STATİSTİKASI:  Minsk qrupu “üçlüyü”nün vətəndaşları liderdir

23 Yanvar 2020, 10:35

Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən əcnəbilərlə bağlı statistika açıqlanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma Qarabağ rejiminin “mədəniyyət, gənclər və turizm nazir”i Lernik Ovanisyan 2019-cu ilin yanvarından dekabr ayına qədər işğal altındakı torpaqlara 41 min 963 əcnəbinin səfər etdiyi bildirib. O bu rəqəmin 2018-ci ildə 28 min 588 olduğunu əlavə edib.

 

Qarabağa qanunsuz səfər edənlərin 19160 nəfəri Rusiya, 7527 nəfəri ABŞ, 1661 nəfəri Fransa, 765 nəfəri Almaniya, 699 nəfəri Livan, 685 nəfəri Polşa, 671 nəfəri Çin, 594 nəfəri Argentina, 575 nəfəri Kanada və 568 nəfəri isə Suriya vətəndaşıdır.

 

Maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Misnk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa vətəndaşları Azərbaycan qanunvericiliyə ən çox hörmətsizlik göstərib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır