Modern.az

Abşeron - Qobustan seçki dairəsindən deputatlığa namizəd öz platformasını açıqladı

Abşeron - Qobustan seçki dairəsindən deputatlığa namizəd öz platformasını açıqladı

Aktual

23 Yanvar 2020, 16:48

AZƏRBAYCAN - CANIM SƏNƏ FƏDA OLSUN

MƏQSƏDİM - XALQIMA XİDMƏT ETMƏKDİR

MƏMMƏDOV AĞAŞİRİN ƏLİ OĞLU

50 saylı Abşeron - Qobustan seçki dairəsindən deputatlığa namizəd

 

Məmmədov Ağaşirin Əli oğlu 1974-cü ildə Qubadlı rayonunun Alaqurşaq kəndində anadan olmuşdur. 1991-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuş, 1997-ci ildə isə həmin fakültəni bitirmişdir. 1993-cü illərdə "Siyasi Natiqlik Məktəbi" kursunda oxumuşdur. 1996-cı ildən 1998-ci ilə qədər "Türk Dünyası Araşdırmalar Vakfının" Bakı Türk Dünyası Cəmiyyəti ilə İqtisad Universitetinin əlaqələndiricisi vəzifəsində çalışmışdır. 1996-cı ildə "Türk Dünyası Gənclər Federasiyasının" fəal üzvlərindən biri olmuşdur. Qarabağda Cəbhə bölgəsində Füzuli rayonunun "Harami" düzündə N saylı hərbi hissədə xidmətdə olmuşdur. 1998-ci ildən 1999-cu ilə qədər "Avrasiya" qəzetində reklam direktoru, 1999-cu ildən 2003-cü ilə qədər isə "Bu gün" qəzetində reklam direktoru vəzifəsində çalışmışdır. 2004-cü ildən 2006-cı ilə qədər "Ekspert" qəzetində müxbir və şöbə müdiri vəzifəsində işləmişdir. 2006-cı ilə qədər KAT LTD tikinti şirkətində direktor müavini vəzifəsində çalışmışdır. 2008-ci ildən 2009-cu ilə qədər "Birlik MMC" şirkətində Kabel satışı üzrə menecer, 2009-cu ildən 2011-ci ilə qədər "NKM kompani"də xəzinədar, 2011-ci ildən 2013-cü ilə qədər təchizatçı, təchizat şöbəsinin müdiri və mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. 2013-cü ildən 2016-cı ilə qədər Nəqliyyat müəssisəsinin rəhbəri vəzifəsində çalışmışdır. 2016-cı ildən 2019-cu ilə qədər isə "Ekspert" qəzetində şöbə müdiri vəzifəsində çalışmışdır. Ailəlidir. 2 övladı var.

 

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin qorunmasını, ərazi bütövlüyünün bərpasını və işğal edilmiş torpaqlarımızın azad edilməsini ən ümdə vəzifə hesab etmək!

 

Müstəqil və azad Azərbaycanın, milli dövlətçiliyimizin, azərbaycançılıq prinsiplərinin əbədi və daha da möhkəm olmasına xidmət etmək;

 

Ölkənin iqtisadi inkişafında baş verən böyük irəliləyişləri daha da gücləndirmək məqsədi ilə aparılan islahatları dəstəkləmək;

 

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılması, qəbul olunacaq qanunlarda, aparılacaq islahatlarda, milli adət və ənənələrimizin, mənəvi dəyərlərimizin xüsusiyyətlərinin nəzərə alınması, kiçik və orta sahibkarlığın geniş inkişafına şərait yaradılması, xarici investisiyaların real müdafiəsini təmin edən qanunvericilik aktlarının qəbul edilməsi, əlillərin, şəhid ailələrinin, təqaüdçülərin, kimsəsizlərin, müharibə veteranlarının maddi vəziyyətlərinin daha da yaxşılaşdırılması, onların bütünlüklə pulsuz tibbi xidmətlə təmin edilməsi, eləcə də digər sosial müdafiə tədbirləri ilə əhatə olunması, respublikada, xüsusi ilə də Abşeronda tarixi və mədəni abidələrin qorunması, aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması, su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması; kənd və qəsəbələrin yollarının torpaq örtüyünün asfalt örtüyü ilə əvəz edilməsi istiqamətində çalışmaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi