Modern.az

Nəsiman Yaqublu Nizami rayonunda seçicilərlə görüşüb - FOTO

Nəsiman Yaqublu Nizami rayonunda seçicilərlə görüşüb - FOTO

Aktual

24 Yanvar 2020, 12:40

Bakı Dövlət Universitetinin professoru, tarixçi alim Nəsiman Yaqublu 24 saylı Nizami birinci seçki dairəsi ərazisində yaşayan seçicilərlə görüşlər keçirib.

 

Namizədin seçki qərərgahından Modern.az-a bildirilib ki, görüşdə ona tanınmış ziyalı, BDU-nun professoru  Qulu Məhərrəmili və M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə dəstək olurlar.

 

Keçirilən görüşlərdə seçicilər N.Yaqublunun yaradıcı fəaliyyətini yüksək dəyərləndirir və onun Azərbaycan Milli Məclisində layiqli təmsilçi olduğunu qeyd ediblər.

 

N.Yaqublu seçicilərlə görüşdə sakinlərin problemlərini öyrənməklə yanaşı Azərbaycanda milli- mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması və bu sahədə çalışmalarını davam etdirəcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır