Modern.az

İcra başçısı Şağlaser kəndində görüş keçirib - FOTO

İcra başçısı Şağlaser kəndində görüş keçirib - FOTO

Aktual

24 Yanvar 2020, 14:20

Yanvarın 23-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Şağlaser kəndində keçirib.

 

Modern.az xəbər verir ki, İcra aparatı rəsmilərinin, hüquq mühafizə orqanları, idarə, müəssisə və müvafiq xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə keçən tədbirdə məlumat verilib ki, ötən ilin payızında ərazidə torpaq payçıları tərəfindən 90, Xarxatan kəndində fəaliyyət göstərən “ŞHİBA Aqro Firması” tərəfindən isə 85 hektarda buğda əkini keçirilib. Şağlaser kəndində fəaliyyət göstərən “Fruk Karden” firması tərəfindən 4 hektar sahədə qoz bağı salınıb. Qarşıdakı yaz əkini kampaniyası çərçivəsində ərazidə tərəvəz, çəltik və bostan bitkilərinin əkini nəzərdə tutulub. Əvvəlki illərdə ərazidə əkilmiş 500 ədəd tut tinglərinə aqrotexniki qaydada qulluq edilib. 2019-cu ildə isə daha 475 ədəd tut tingi əkilib. Baramaçılığın inkişafı üçün möhkəm baza yaradıması nəticəsində ötən il Şağlaser kəndində 490 kq, Xarxatan kəndində isə 130 kq yaş barama istehsal olunaraq dövlətə təhvil verilib.

 

Qəbul-görüşdə çıxış edən İcra başçısı T.Qaraşov ötən 2019-cu ilin Azərbaycanda islahatlar ili kimi yadda qaldığını, ölkədə sabitliyin, əmin-amanlığın, xalq-iqtidar birliyinin təmin olduğunu vurğulayaraq, Lənkəranda da son dövrlərdə bir sıra infrastruktur layihələrin həyata keçirildiyini, rayonda qazlaşdırmada, yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında əsaslı işlərin görüldüyünü, yol tikintisinin geniş vüsət aldığını və  bu işlərin bundan sonra da mütəmadi xarakter daşıyacağını bildirib.

 

Çıxış edən sakinlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin fasiləsiz qaz və işıqla təmin olunmalarına görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.


İcra başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq, sakinlər tərəfindən qaldırılmış məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlarını verib. Əksər məsələlər yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır