Modern.az

İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb

İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Aktual

24 Yanvar 2020, 14:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olunub. “Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd edib.

 

Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparılıb.

 

 

 

 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV