Arxiv
24 Yanvar 2020, 17:32 | AKTUAL
Ziyad Əliabbas oğlu Səmədzadə - ZƏNGİNLİK!

Ziyad Səmədzadə...

 

Bəlkə də bu ad, bu soyad yeni, cavan, böyüməkdə olan nəslə nəsə deməyə, tanış gəlməyə bilər...Əslində bunun özü də mümkünsüzdür...

 

Çünki bu ömür-Ziyad Səmədzadə tərcümeyi-halı, mənəvi zənginliyi Azərbaycanımızın ən azı son 50-55 ilini özündə daşıyır, özündə əks etdirir...

 

Amma tanımayanlar üçün də bu ömrün hər an, hər saniyəsi, hər səhifəsi bir zənginlik, bir ömür kitabı, bir ömür hekayətidir acıları ilə, şirinləri ilə...

 

Vərəqləndikcə, səhifələndikcə, oxunduqca yeni çalarlar, yeni dəyərlər, yeni keyfiyyətlər üzə çıxır, kəşf edilir...İnanmaq bəzən çətin gəlir ki, bir ömrə bu qədər həyat dastanını necə yerləşdirmək, necə sığışdırmaq mümkün olub...Ancaq Ziyad Səmədzadə bunu bacara, bunu edə bilib...

 

Öz ağlı, öz iti zəkası, parlaq təfəkkürü, müasir dünyagörüşü, savadı, ensiklopedik biliyi, kübarlığı, mədəniyyəti, zadəganlığı ilə ZİYAD SƏMƏDZADƏ Azərbaycanda və onun hüdudlarından kənarda tanınan, sevilən əsl vətən oğludur.

 

 

Görkəmli alim, professor İmamverdi Əbilovun sözləri desək, “...Ziyad Səmədzadə ona görə ümumxalq mehri-məhəbbətini qazanmışdır ki, nəhəng elmi uğurları, gündəlik rəftarı ilə millətin qüruruna yeni məzmun əlavə edir, əxlaqi sərvət kimi tariximizi zənginləşdirir...”.

 

***

 

Bakı şəhəri 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd akademik Səmədzadə Ziyad Əliabbas oğlu - bitərəf

 

1961-1962-ci illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda baş laborant və kiçik elmi işçi işləyib.1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alaraq, 1965-ci ildə elə həmin institutda namizədlik dissertasiyası müdafiə edib.1965-ci ildə dogma Vətənə qayıdaraq, 1965-1976-cı ilərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunda elmi işçi, böyük elmi işçi, elmi katib və şöbə müdiri vəzifələrində çalışıb.1971-ci ildə iqtisad elmləri doktorudur.

 

 Əmək məhsuldarlığı problemlərinə həsr olunmuş elmi əsərlər silsiləsinə görə 1974-cü ildə Ziyad Səmədzadəyə elm və texnika sahəsində “Lenin komsomolu mükafatı laureatı” adı verilib. 1977-ci ildə professor elmi adını alıb...

 

1976-1978-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini işləyib. 1978-1982-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olub. 1981-ci ildən Ümumiittifaq İqtisadçılar Cəmiyyətinin üzvü, Azərbaycan İqtisadçılar Cəmiyyətinin sədri seçilib. O, Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan KP MK-nın Plan-iqtisad orqanı şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və bu vəzifələrdə işləyərkən öz elmi nailiyyətlərinin praktikada tətbiqi və respublikamızın gələcəkdə müstəqil dövlət kimi fəaliyyət gös-tərməsinin əsas amili olan iqtisadiyyatın daha da inkişafı üçün təsirli tədbirlər görülməsinə bilavasitə iştirak edib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib...

 

 

Onun təşəbbüsü və bilavasitə iştirakı ilə “Demoqrafik inkişaf və əmək ehtiyatlarından istifadə”, “Dağ rayonlarının sosial-iqtisadi inkişafı”, “Material tutumu”, “Enerji tutumu” adlı məqsədli proqramlar hazırlandı. Bu proqramlardan planlaşdırma və idarəetmə sistemində istifadə edilmiş və onlar bu gün də iqtisadçı alimlərin və təsərrüfat rəhbərlərinin diqqət mərkəzindədir.

 

Z.Səmədzadə Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləyib. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilib. Z.Səmədzadənin gənc suveren dövlətin fəaliyyətinin ilk aylarında xarici ölkələrin siyasi xadimləri ilə görüşləri, parlament nümayəndə heyətinin rəhbəri kimi İrana və Türkiyəyə rəsmi səfərləri qonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın əsaslarının yaradılmasında müs-bət rol oynayıb...

 

 Z.Səmədzadə TASİS proqramının Azərbaycanda fəaliyyəyə başlaması üçün böyük əmək sərf edib, Avropa İttifaqının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər keçirib, milli koordinator, bir iqtisadçı-alim kimi TRASEKA proqramının hazırlanması ilə bağlı elmi araşdırmalar aparıb, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq konfransda əsas məruzə ilə çıxış edib və Qədim İpək Yolunun bərpası məsələlərini əhatə edən Brüssel bəyannaməsini imzalayıb.

 

Z.Səmədzadə yeni ideya və üsulların, müasir iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. Bu ideyalar onun 1981-1992-ci illərdə baş redaktoru olduğu “Azərbaycanın xalq təsərrüfatı” jurnalının səhifələrində ardıcıl şərh edilir.

 

1995-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. Z.Səmədzadənin 1999-cu ildə təsis etdiyi “İqtisadiyyat” qəzeti müntəzəm nəşr olunur.

 

Çoxsahəli elmi fəaliyyətində Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, effektlilik kimi daim aktual olan və bəşəriyyəti düşündürən problemlərə dair 500-dən çox elmi əsərin, o cümlədən bir sıra dəyərli elmi araşdırmaların, makroiqtisadiyyat, regional iqtisadiyyatın səmərəliliyi, təkrar istehsalın sürəti və proporsionallığı, bazar iqtisadiyyatı problemlərinə həsr olnan çoxsaylı monoqrafiyaların müəllifidir. Respublikamızda və keçmiş ittifaqda iqtisad elminin bir sıra aparıcı istiqamətlərinin yaranması, formalaşması və inkişafı onun adı və elmi fəaliyyəti ilə bağldır...

 

 

2010-cu il  iyun ayının 22-də Azərbaycan Respublikasında iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamı ilə  “Şöhrət” ordeni ilə təltif edilib. 2015-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şərəf” ordeni ilə təltif olunub. 2015-ci il iyun ayının 24-də 75 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilib...

 

2015-ci il noyabr ayında Azərbaycan Respublikası Milli Məclisinə 2015-2020-ci il V çağırış deputat və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri seçilib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 7316 nəfər sürücülük hüququndan məhrum edildi 20 Fevral 2020, 12:33 Azərbaycanlı pianoçu Qran-pri mükafatına layiq görüldü 20 Fevral 2020, 12:28 UNEC brendi Avropada tanındı 20 Fevral 2020, 12:23 BANM-da “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub 20 Fevral 2020, 12:20 Bu həkimlər vəzifədən kənarlaşdırılırlar - Agentlik sədrindən AÇIQLAMA 20 Fevral 2020, 12:14 300 könüllü DOST mərkəzlərinə cəlb edilib 20 Fevral 2020, 12:10 Zakir Qaralov yeni idarə rəisi TƏYİN ETDİ 20 Fevral 2020, 12:05 Təhsil Nazirliyindən müəllimin ittihamlarına CAVAB 20 Fevral 2020, 11:59 Bu gün Kiçik çillə çıxır - Gələn həftə Su çərşənbəsi qeyd olunacaq 20 Fevral 2020, 11:53 Azərbaycanda soyuq su ilə çimən gənc oğlan öldü 20 Fevral 2020, 11:52 Həkimlərin maaşına edilən əlavələr hesablanır - Zaur Əliyev 20 Fevral 2020, 11:48 Azərbaycan neftinin qiymətinə təsir edəcək GÖRÜŞ 20 Fevral 2020, 11:44 Agentlik sədri həkimləri İTTİHAM etdi - “Bəziləri düzgün diaqnoz qoya bilmir” 20 Fevral 2020, 11:38 Rayon xəstəxanalarında tibb fakültələri açılacaq - Zaur Əliyev 20 Fevral 2020, 11:32 İcbari tibbi sığorta müsbət dəyişikliklərə səbəb olacaq - Agentlik sədri 20 Fevral 2020, 11:26 Ölüm hadisəsinə görə sürücüyə cinayət işi açıldı 20 Fevral 2020, 11:20 Azərbaycan Antiqua və Barbudaya yardım etdi 20 Fevral 2020, 11:14 Restoranda bəxşişi də kartla ÖDƏYƏCƏYİK-YENİLİK 20 Fevral 2020, 11:08 Almaniyada 9 nəfər güllələndi   20 Fevral 2020, 11:02 Vilayət Eyvazov Məhərrəmovu rəis müavini TƏYİN ETDİ 20 Fevral 2020, 10:56 Bakıda qanlı olay - İki xalaoğlu bıçaqlandı 20 Fevral 2020, 10:50 Bazar günü 15738 bakalavr imtahan verəcək  20 Fevral 2020, 10:44 Azərbaycan hərbçisinin nəşi neytral ərazidən götürülüb - FOTO 20 Fevral 2020, 10:38 Qalib namizədlər dəyişə bilər – Seçkilərdə daha bir SÜRPRİZ 20 Fevral 2020, 10:32 Paytaxt polisi 36 cinayətin üstünü açdı 20 Fevral 2020, 10:27 Kaliforniya Universitetində Azərbaycana dair mühazirə keçirildi - FOTO 20 Fevral 2020, 10:22 Bu gün sərnişinlər metrodan pulsuz istifadə etdi 20 Fevral 2020, 10:16 Çox kitab oxumaq, kompüterdən çox istifadə gözü zəiflətmir - MÜSAHİBƏ 20 Fevral 2020, 10:10 Binəqədidə “Dövlət və Din” görüşü 20 Fevral 2020, 10:00 Daha bir marşrut xətti vahid kart sisteminə keçir 20 Fevral 2020, 09:55 Fransa polisi Elşad Abdullayevin işini araşdırır 20 Fevral 2020, 09:50 Jurnalistin döyülməsi ilə bağlı polisdən rəsmi AÇIQLAMA 20 Fevral 2020, 09:46 Kəndlərimiz pulemyotlardan atəşə tutuldu 20 Fevral 2020, 09:40 Cocuq Mərcanlıda 25 ailə üçün təsərrüfat yaradılıb 20 Fevral 2020, 09:34 Dövriyyədə saxta metal pul var? Rəsmi CAVAB 20 Fevral 2020, 09:28