Modern.az

Sertifikasiyada uğur qazanan müəllimlərdən etiraf: “Saat 3-ə qədər dərs oxuyurduq”

Sertifikasiyada uğur qazanan müəllimlərdən etiraf: “Saat 3-ə qədər dərs oxuyurduq”

Təhsil

Bu gün, 15:00

Sertifikasiyanın ikinci günü davam edir. 

Modern.az xəbər verir ki, Bakı şəhəri 108 nömrəli tam orta məktəbin musiqi müəllimi Afət Orucova və 146 nömrəli orta məktəbin musiqi müəllimi Maral Əliyeva sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşüblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2012-ci il məzunları olan müəllimlər imtahana hazırlıq prosesində də bir-birlərinə dəstək olduqlarını bildiriblər.

“Bir yerdə hazırlaşmışıq. Hər gün müzakirələr aparırdıq, sualları təhlil edirdik. Hətta gecə saat 3-ə qədər danışdığımız günlər olurdu”, - deyə Afət Orucova qeyd edib.

İmtahanda 54 bal toplayan A.Orucova sualların nə asan, nə də həddindən artıq çətin olduğunu bildirib:

“İmtahan düşündürücü idi. Pedaqoji və praktik hissələr mənim üçün daha asan gəldi. Çünki gündəlik fəaliyyətimizdə dərs keçmək və şagirdlərlə işləmək əsas yer tutur. Digər suallar isə daha çox düşünməyi tələb edirdi”.

146 nömrəli orta məktəbin müəllimi Maral Əliyeva isə imtahanda 51 bal topladığını bildirib.

O qeyd edib ki, tələbəlik dövrü ilə müqayisədə işləyən müəllimlər üçün imtahanlara yenidən hazırlaşmaq fərqli təcrübədir.

“Tələbəlik illərində daim imtahanlara hazırlaşırdıq. İş fəaliyyətində isə daha çox praktikaya üstünlük verilir. Buna görə də müəyyən müddətdən sonra yenidən imtahan vermək fərqli hisslər yaradır”, - deyə 

M.Əliyeva vurğulayıb. Müəllimlər sertifikasiya prosesini peşəkar biliklərin yenilənməsi və müəllimlərin inkişafı baxımından faydalı qiymətləndirərək həmkarlarına uğurlar arzulayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV