Modern.az

Seçicilər hə” dedilər... -  Turanda görüşlər

Seçicilər “hə” dedilər... -  Turanda görüşlər

26 Yanvar 2020, 21:46

115 saylı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev seçki qabağı təbliğat aksiyalarını davam etdirir.

 

Modern.az xəbər verir ki, seçki kampaniyasının ilk günlərində namizədin seçki platformasını özündə əks etdirən  əyani vəsaitlər, çap materialları dairə ərazisində yaşayan sakinlərin evlərinə paylanılıb.  Daha sonra öncədən hazırlanmış qrafik üzrə seçki dairəsinin bütün yaşayış məntəqələrində seçicilərlə birbaşa görüşlər keçirilir. Növbəti görüş Şəki rayonunun Turan qəsəbəsində baş tutub. Təxminən 450 nəfər seçicinin iştirakı ilə keçirilən görüşdə C. Feyziyevin vəkilləri – əməkdar jurnalist Akif Salam, namizədin orta məktəb müəllimi Baba Yusifov, əmək qəhrəmanı Baba Səmədov və seçicilər çıxış ediblər. Çıxış edənlər IV və V çağırış Milli Məclisində onları təmsil etmiş C. Feyziyevin fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd keçən çağırış Milli Məclis müddətində ona ünvanlanmış müraciətlərdən və bu müraciətlər əsasında görülmüş işlərdən danışıb. C. Feyziyev ölkə miqyasında aparılan geniş islahatlardan danışıb, seçki dairəsi ərazisindəki mövcud problemlərdən də xəbərdar olduğunu və gələn seçkilərdə ona etimad göstəriləcəyi halda bu problemlərin həlli ilə bağlı da müvafiq tədbirlərin görüləcəyini bildirib.

 

Görüşə qatılan seçicilər C.Feyziyevə ölkənin daxili və xarici siyasəti ilə bağlı onları maraqlandıran sualları səsləndiriblər. Sualları cavablandıran deputatlığa namizəd ölkə rəhbərliyi tərəfindən aparılan daxili və xarici siyasətin əsas istiqamətləri, bu siyasətin ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə yönəldiyini vurğulayıb. Çıxışçılar həm dairə ərazisində, həm də üzvü olduğu Beynəlxalq münasibətlər Komitəsində Cavanşir Feyziyevin apardığı fəaliyyəti yüksək qiymətləndirib və qarşıdan gələn seçkilərdə ona uğurlar arzulayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...