Modern.az

Etiraz aksiyalarında 4 nəfər öldürüldü

Etiraz aksiyalarında 4 nəfər öldürüldü

Aktual

25 Yanvar 2020, 21:02

İraqın Zi Kar vilayətində təhlükəsizlik qüvvələri tərəfindən etiraz aksiyalarının dağıdılması zamanı 4 nəfər ölüb, daha 20-dən çox insan yaralanıb.

Modern.az  xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı bildirib.

Məlumata əsasən, ən böyük miqyaslı etirazlar, Zi Kar vilayətindən başqa, paytaxt Bağdadda, eləcə də Kərbəla şəhərində keçirilib:

"Zi Kar vilayətində təhlükəsizlik qüvvələri tərəfindən odlu silahdan istifadə nəticəsində dörd nəfər ölüb, onlarla insan yaralanıb".

Bağdadda təhlükəsizlik qüvvələrinin silahdan istifadəsi nəticəsində 20-dən çox insan yaralanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!