Modern.az

Ermənistanda silahlı insident

Ermənistanda silahlı insident

26 Yanvar 2020, 00:47
Ermənistanda xəsarətlə nəticələnən kütləvi dava olub.


Modern.az
“Report”a istinadən xəbər verir ki, hadisə Ararat vilayətində qeydə alınıb.

 

Ayhavan kəndində baş verən insident zamanı 2 nəfər bıçaq xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin başvermə şəraiti və qarşıdurma tərəflərinin şəxsiyyətləri araşdırılır. Qeyd edilir ki, hadisə yerində tapança aşkarlanıb.

Fakt üzrə materiallar toplanılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır