Modern.az

Qafqazın şərab marşrutu yaradıldı

Qafqazın şərab marşrutu yaradıldı

Aktual

27 Yanvar 2020, 13:18

"Bakıda Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edən ilk dəfə şərab marşrutunun yaradılması regionda turizmin daha geniş təbliğinə şərait yarada bilər". 

 

Modern.az xəbər verir ki, bunu Bakıda Qafqazın şərab marşrutunun yaradılması ilə bağlı assambleyada Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib:  

 

"Azərbaycan şərab turizmini genişləndirimək əzmindədir. Həmkarlarımızla uğurlu təcrübəni bölüşəcəyik. Bununla yanaşı, şərab marşrutunun yaradılması ilə şərabçılıq sahəsində olan təcrübəmizi genişləndiririk. Şərabçılıq sahəsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyan məsələdir. Qafqazın şərab marşrutunun yaradılması turistlərə bir sıra ölkələrə səfər etmək şansı verir". 

 

Xatırladaq ki, bu gün Bakıda keçirilən assambleyada Qafqazın şərab marşrutu yaradılıb. Bu şərab marşrutu Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək. Bu marşrut boyunca üzv ölkələr 2020-ci ildə silsilə tədbirlər görərək marşrutun beynəlxalq platformalarda tanıdılmasında, həmçinin ölkələr arasında mədəni və turizm mübadiləsinin yaradılmasında fəal iştirak edəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı