Arxiv
3 Aprel 2012, 11:52 | İQTİSADİYYAT
Salyanın İcra Hakimiyyəti kimi aldadır?

Bir neçə gün əvvəl hazırladığım yazı üçün Salyan rayonu İcra Hakimiyyətinə işim düşdü. Elə İcra Hakimiyyətinin saytını açdım ki, bəklə istədiyim məlumatı tapım. Düzü bəzi rayonların İcra hakimiyyətlərinin saytından fərqli olaraq 3 dildə hazırlanmış, nəfis tərtibdə bir sayt gördüm. Məlumatlar da yerli-yerində. Ürəyimdə Salyan rayonun icra başçısı Tahir  Kərimova bir “afərin” də dedim.

Amma axtardığım məlumatı saytda tapmadım. Axtarış aparan zaman saytda İcra Hakimiyyətinin işçilərinin telefon nömrələrinin yazıldığını gördüm. Burada iş telefonu ilə yanaşı, mobil nömrə də yazılmışdı. Mənə lazım olan məlumatı almaq üçün bu sahəyə aidiyyatı olan adamın adını siyahıda axtarıb nömrəsini tapdım. Amma yığmaqda çətinlik çəkdim. Çünki nömrənin əvvəlində hansı mobil operatora mənsub olduğu yazılmamışdı.

Məmurlar əsasən “SİM” işlədir deyib, nömrənin əvvəlidə 050 kodunu yığdım.

- Salam Teyyub müəllim. (saytda vəzifəsi Memarlıq və tikinti şöbəsinin müdiri yazılmışdı)

- Salam.

- Sizi bir məsələyə görə narahat edirəm.
Məsələni ona izah etdim. Xəttin o başında bir neçə saniyəlik susqunluq yarandı. Sonra cavab gəldi

- Yaxşı mən araşdırım sizinlə əlaqə saxlayaram.

... Başım yazı yazmağa qarışmışdı. Bu vaxt telefon zəng çaldı. Düzü bir neçə nəfərə zəng etdiyimdən bu nömrənin hansı olduğunu bilmədim.

- Bəli eşidirəm.

- Siz məni tanıyısız?

- Adınızı Salyan rayonu İcra Hakimiyyətinin saytında görmüşəm. Nömrənizi də ordan götürmüşəm.

- Yox deyəsən sən mənimlə məzələnirsən?

- Başa düşmədim müəllim bu nə sözdür?

- Axı sən mənim nömrəmi hardan almısan?

- Deyirəm axı, saytdan götürmüşəm.

- Hansı saytdan?

- Salyan rayonu İcra Hakimiyyətinin  saytından.

- Onun adı necə yazılır.

- salyan-ih.gov.az orda telefonlar bölməsi var. Sizin nömrə ordadır. Həm də mən axı soruşanda “Teyyub müəllim?”, siz dediniz ki, “bəli”.

- Müəllim bilirsən, mənim zarafatcıl dostlarım çoxdu. Elə bildim mənimlə məzələnirlər. Həm də mən ictimai adam olmasam da, müəlliməm. Saatlıda işləyirəm. Düzdü sizə adımı deməyəcəm. Amma bilin ki, elə-belə oğlan deyiləm. Mənə bir neçə dəfə Teyyub müəllimin adına zəng gəlib. İndi bildim ki. Məni aldatmırsız.

Artıq səbrim tükənməyə başlamışdı. Bu nə işdir düşdüm. Yazım da yarımçıq qalıb. Birtəhər bu adamı “yola verib” işimə davam etdim.

Amma hələ də mənə maraqlıdır ki, niyə Salyan rayonu İcra Hakimiyyətinin saytındakı nömrələrin əvvəlinə operatorun kodu yazılmayıb. Çünki zəng elədiyim başqa bir nömrəyə də özgə adam cavab verdi. Görəsən burada nə maraq var? Əgər bu insanlar özlərini gizlədirlərsə, niyə sayta nömrələri qoyulub, yox əgər aşkarlıq edirlərsə, operatorun kodu hanı?

P.S. Bax belə. Əvvəldə qeyd etdim ki, Salyan rayonu İcra Hakimiyyətinin saytını çox bəyənmişdim. Dizaynı yaxşıdır. Bircə içindəki məlumatlar da doğru olsaydı...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Binəqədidə soyğunçuluq edənlər saxlanıldı 12 Avqust 2020, 14:12 Prezidentin köməkçisi:  “Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir” 12 Avqust 2020, 14:06 Rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir 12 Avqust 2020, 14:00 Azərbaycanda koronaviruslu xəstə evi tərk etdi - xəstəxanaya yerləşdirildi  12 Avqust 2020, 13:54 Mədəniyyət nazirinə müşavir təyin olundu 12 Avqust 2020, 13:48 Xəzərdə “Qarabağ”ın qüdrəti 12 Avqust 2020, 13:42 Evdə gizli nişan edənlər cərimələndi 12 Avqust 2020, 13:36 Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI 12 Avqust 2020, 13:30 Sabahın hava proqnozu 12 Avqust 2020, 13:24 Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü 12 Avqust 2020, 13:18 Bir fotonun göndərdiyi diplomatik mesaj - Ülvi Quliyev 12 Avqust 2020, 13:12 Münaqişənin danışıqlarla həll edilməsinin tərəfdarıyıq - Ceyhun Bayramov 12 Avqust 2020, 13:07 Separatçıların bayrağı ilə rinqə çıxan erməni döyüşçü ÜZR İSTƏDİ 12 Avqust 2020, 13:02 “Twitter”də yeni funksiya yaradıldı 12 Avqust 2020, 12:56 Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı 12 Avqust 2020, 12:50 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi 12 Avqust 2020, 12:44 Nöqsana yol verən 2 məhkəmə sədri məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 12:38 Yeni nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi 12 Avqust 2020, 12:32 Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlir 12 Avqust 2020, 12:26 DİM-dən abituriyentlərə güzəşt - 1-ci imtahanda iştirak etməyənlər II mərhələyə buraxılacaq 12 Avqust 2020, 12:20 Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - CAVAB 12 Avqust 2020, 12:14 Anar Kərimov Braziliyanın ölkəmizdəki səfirilə görüşüb 12 Avqust 2020, 12:08 Niyazi Bayramov vətəndaşları növbəti dəfə video-formatda qəbul edib - FOTO 12 Avqust 2020, 12:02 Azərbaycanda 9 hakimin fəaliyyətini xitam verildi - 39-u məsuliyyətə cəlb olundu 12 Avqust 2020, 11:56 Prezident “Azərsu”ya pul ayırdı 12 Avqust 2020, 11:50 Baş Prokurorluq işgəncə görüntüləri ilə bağlı məlumat YAYDI 12 Avqust 2020, 11:45 Sabah ilk qəbul imtahanı keçiriləcək 12 Avqust 2020, 11:40 Təhsil naziri Türkiyə səfiri ilə görüşdü 12 Avqust 2020, 11:35 “Bəzi pullu adamlar dövlətimizə təhlükədir” – Vahid Əhmədovla MÜSAHİBƏ 12 Avqust 2020, 11:29 Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI 12 Avqust 2020, 11:23 Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı 12 Avqust 2020, 11:18 Emin Ağalarov “avtoşluq” etdi - VİDEO 12 Avqust 2020, 11:12 “Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:06 Ermənistanda daha 201 nəfər koronavirusa yoluxdu 12 Avqust 2020, 11:00 Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu 12 Avqust 2020, 10:54