Arxiv
27 Yanvar 2020, 23:11 | MEDİA
“Prokuror, kasıb adamdır, imkanı yoxdur” - Rəşad Məcid Aqil Abbasdan yazdı

"Sosial şəbəkələrdə, saytlarda deputatlığa namizədlərin təbliğat-təşviqat materiallarına rast gələndə, seçicilərlə görüşlər zamanı çəkilmiş foto və videoları görəndə yadıma istər-istəməz Aqil Abbas düşür və qeyri-ixtiyari öz-özümə sual verirəm: Aqilin belə bir təbliğata ehtiyacı varmı?!


Bu dilsiz-ağızsız təbliğat fotoları, videolar seçicilərini yalnız seçkidən-seçkiyə yada salan namizədlər haqqında, əslində, çox söz deyir: onların ahıl kənd adamları ilə, cavanlarla, hətta uşaqlarla ünsiyyəti elə ilk baxışdan qurama, qeyri-səmimi təsir bağışlayır. Bu mənzərə ilə üzləşəndə ona görə ilk növbədə Aqil Abbas yadıma düşür ki, zəhmətkeş, əlləri qabarlı kənd camaatına belə mövsümi iltifat göstərən həmin namizədlərdən fərqli olaraq mən onu həmişə kənd-kəsəkdə, sadə adamların arasında, onların dərdinə yanan, dadına çatan, uşaqla uşaq, böyüklə böyük görmüşəm və nə gizlədim, çox vaxt bu aşırı səmimiyyətə heyran qalmışam.


Mənim bu müşahidələrimin bir çoxu illər əvvəl Aqil haqda yazdığım “Unikal adam” yazısında yer almışdı. İndi bu seçki fotolarının yaratdığı təəssüratın havasında o yazıdakı bir neçə məqamı yenidən xatırladım.


Aqil üçün Qarabağa - Ağdama, Ağcabədiyə, Fizuliyə, Bərdəyə səfər etmək həmişə böyük sevinc və rahatlıqdır. Aqillə xarici ölkələrdə çox səfərlərdə olmuşuq, amma həmişə hiss eləmişəm ki, onun Qarabağa gedəndə tapdığı rahatlığı heç nə əvəz eləyə bilməz. Aqilin adamlarla kənddə-kəsəkdə, çayxanada, müxtəlif məclislərdə lap belə ayaqüstü elədiyi söhbətlər heç vaxt millət vəkili, yazıçı kimi görüntü yaratmaq cəhdi olmayıb, həmişə ürəkdən, içdən gəlib.


Tanıdığım bu illər ərzində Aqillə bağlı çox hadisələrin şahidi olmuşam - xaricdə təhsil alan tələbədən “Allah Aqil müəllimdən razı olsun, mənə neçə ay öz cibindən təqaüd göndərib, onun hesabına oxuya bilmişəm” sözlərindən kövrəlmişəm, Qarabağda bir kəndli qadının camaatın arasından çıxıb Aqilin üstünə gəlməsini, onu bağrına basaraq loppadan öpüb “Sənə qurban olum, balam sənin hesabına oxuyur” deməsindən qəhərlənmişəm, yol qırağında əkinini suvaran kəndlinin əlindəki beli kənara atıb əllərini üstünə silə-silə Aqilə yaxınlaşdığını, onu qucaqlayıb “Sənin hesabına sulayırıq buranı, artezianları sən düzəltdirdin” dediyini eşidəndə təəccüblənmişəm.


Aqilin insanları depressiyada saxlayan o qədər problemləri anında, bir zənglə, bir xahişlə, bir “Sən allah”la həll elədiyinin şahidi olmuşam ki! - “Rəis, xahiş edirəm”, “Başçı, sən allah”, “Prokuror, kasıb adamdır, imkanı yoxdur”. Və məsələ anındaca həll olunub.


Aqil məmurlarla da rahat oturur, danışır, gülür, sonra onlardan ayrılıb eyni coşqu ilə çayxanada ən sadə adamlarla söhbətini davam etdirir. Parlamentdə də eyni tonda çıxış edir, ordan çıxıb özünü hansısa tədbirə çatdırır, sonra hansısa ziyafət, daha sonra çayçıda domino... Yas mərasimində, toy məclisində də ona qulaq kəsilirlər, maraqla dinləyirlər.Amma fərqi yoxdur, bu dinamikanın içərisində o, həmişə elə həmin Aqildir - dəyişməyən, özünə xas , səmimi...


Aqil Abbas həmişə belədir - orijinal xarakteri, böyük qəlbi, xeyirxahlıq və yaxşılıq eləməyə daima açıq ürəyi ilə. Və məncə, bütün ömrünü insanlara xeyirxahlıq eləmək təşnəsi ilə yaşayan, el-obanın qayğısına qalan, həmişə ona üz tutanların heç birini naümid geri qaytarmamağa çalışan bir adamın - Aqil Abbasın 10-15 günlük kampaniya dönəmində şablon və şit təbliğata heç bir ehtiyacı yoxdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fişəng fabrikindəki partlayışda ölü sayı artdı - VİDEO 4 İyul 2020, 00:53 Böyük Britaniyada koronavurudan 137 nəfər öldü 4 İyul 2020, 00:41 “İki gün ev şəraitində müalicə alıb, qızdırması düşmüşdü” - Etibar Babayevin xanımı 4 İyul 2020, 00:29 16 şəhər və rayonda iki günlük ictimai nəqliyyatın fəaliyyəti dayandırılır 4 İyul 2020, 00:16 Bakı metrosu bu gündən iyulun 20-dək İŞLƏMƏYƏCƏK 4 İyul 2020, 00:04 DOST mərkəzləri xüsusi karantin günlərində də fəaliyyət göstərəcək 3 İyul 2020, 23:56 Bərdədə 7 yaşlı uşaq bacısını öldürdü 3 İyul 2020, 23:43 Prezident yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı 3 İyul 2020, 23:31 Bərdədə yol kənarında meyvə-tərəvəz satan şəxsi avtomobil vurdu 3 İyul 2020, 23:21 Daha həkim koronavirusdan öldü 3 İyul 2020, 23:06 Xəlifəlik qurmaq istəyənlər yaxalandı 3 İyul 2020, 22:53 “Fəxri ad davası aparan elə adamlar var ki, jurnalistikanın baş hərfindən xəbəri yoxdur” - Baş redaktor 3 İyul 2020, 22:46 Rusiya ölkəyə miqrantların axınında maraqlıdır 3 İyul 2020, 22:33 Azərbaycan vətəndaşı Gürcüstanda qətl törədib 3 İyul 2020, 22:19 Minsk qrupu xalqları müharibəyə hazırlayır 3 İyul 2020, 22:07 Türkiyədə 178 278  nəfər koronavirusdan sağalıb 3 İyul 2020, 21:54 Saatlı sakini intihar edib 3 İyul 2020, 21:37 Milyonlarla vəsait əldə edən şirkətlərin BENEFİSİAR SAHİBİ 3 İyul 2020, 21:23 Birinci xanım koronavirusdan sağaldı 3 İyul 2020, 21:09 Hindistanda yerli koronavirus vaksininin sınaqları başlayır 3 İyul 2020, 20:49 Yaponiyada koronavirusa yoluxanların sayı 20 mini ötdü 3 İyul 2020, 20:33 Xarici işlər naziri koronavirusa YOLUXDU 3 İyul 2020, 20:16 Mehriban Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi - FOTOLAR 3 İyul 2020, 20:00 “Şərəfi olan adam vəzifədən asılı olmayaraq şərəfsizlik eləmir” - MÜSAHİBƏ 3 İyul 2020, 19:40 Vətəndaşların nəzərinə - “ASAN xidmət” və  “ASAN Kommunal” 4 gün işləməyəcək 3 İyul 2020, 19:32 Yeni tədris ili avqustun 31-dən başlayacaq - Türkiyədə 3 İyul 2020, 19:24 Saatlının su problemi nəzarətə götürüldü 3 İyul 2020, 19:17 “Qanun dəyişməyincə, kamera vasitəsilə cərimə yazılmayacaq” - Rəsmi 3 İyul 2020, 19:10 Apteklərdə dərman çatışmazlığı var? - Prezidentin köməkçisindən cavab 3 İyul 2020, 19:01 Baş redaktor koronavirusdan sağaldı 3 İyul 2020, 18:58 Krediti olanlara güzəşt ediləcək? - AÇIQLAMA 3 İyul 2020, 18:55 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırıldı 3 İyul 2020, 18:50 TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur 3 İyul 2020, 18:45 Şeyx din xadimlərini topladı - FOTO 3 İyul 2020, 18:42 Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir 3 İyul 2020, 18:36