Modern.az

Səbuhi  Səmədov Gəncədə seçicilərlə görüşdü - FOTO

Səbuhi  Səmədov Gəncədə seçicilərlə görüşdü - FOTO

27 Yanvar 2020, 23:46

122 saylı Xankəndi seçki dairəsindən növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınan Səbuhi Gündüz oğlu Səmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi 143 A ünvanında  seçicilərlə görüş keçirib.

Modern.az  xəbər verir ki,  “Daşaltı əməiyyatı”nın 28-ci ildönümünə təsadüf edən görüşdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra özü haqqında seçicilərə məlumat verən S.Səmədov seçkilərə qoşulmaqda məram və məqsədini açıqlayaraq, sözdə deyil, əməldə seçicilərinin etimadını doğruldacağını qətiyyətlə vurğulayıb.

 

Sonda Xankəndi şəhəri Kərkicahan qəsəbə sakinlərinin təklif və tövsiyyələrini dinləyən Səbuhi Səmədov 9 fevralda hər kəsi seçkilərdə fəal olmağa çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə