Modern.az

Zəlzələyə görə məktəblilərin qış tətilinin vaxtı uzadıldı

Zəlzələyə görə məktəblilərin qış tətilinin vaxtı uzadıldı

Aktual

29 Yanvar 2020, 14:45

Türkiyədə zəlzələyə görə orta məktəblərdə qış tətilinin vaxtı uzadılıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkənin bir neçə naziri Elazığ Qubernatorluğunda mətbuat konfransı keçirib.

 

Mətbuat konfransında qərara alınıb ki, Elazığın Malatya, Doğanyol, Pütürge, Kale və Battalgazi rayonlarında məktəblər fevralın 10-da açılsın.

 

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ölkənin Gaziantep, Şanlıurfa, Malatya, Tunceli, Samsun, Tokat, Çorum, Sivas, Niğde, Kayseri, Kırşehir, Trabzon, Ordu ve Giresun şəhərlərində də hiss edilib. Hadisə nəticəsində Elazığ və Malatyada ümumilikdə 30-a yaxın yaşayış binası ciddi zərər görüb, bəziləri çöküb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü