Masallıda 16 yaşlı qızın ərə verildikdən bir neçə gün sonra ölməsi ilə bağlı araşdırmalara başlanıb.
Masallı rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, yetkinlik yaşına çatmayan qızın meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizasına təqdim edilib.
Araşdırma nəticəsində qızın qəsdən öldürüldüyü məlum olub. Bu səbəbdən də faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.