Modern.az

“Azərbaycan diasporunun dostları”Dostunu göstər, Almaniyada kim olduğunu deyim

“Azərbaycan diasporunun dostları” - Dostunu göstər, Almaniyada kim olduğunu deyim

3 Fevral 2020, 15:40

Diaspor fəaliyyəti bir çox halda diplomatiyanın aşa bilmədiyi sədləri keçə bilir. Bu mənada Azərbaycan diasporunun güclənməsi ümumi işlərimiz üçün çox əhəmiyyətlidir.

 

Son illər bu sahəyə dövlət səviyyəsində diqqətin artırılmasını bu əhəmiyyətin tərkib hissəsi saymaq olar.

 

Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları necə, onlar hansı missiyanın daşıyıcısı olduqlarının fərqindədirlərmi?

 

Modern.az-ın  “Azərbaycan diasporunun dostları”  layihəsinin növbəti qonağı Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Yaşar Musayevdir.

 

Yaşar Musayev qeyd edib ki, Almaniya Azərbaycana dost ölkələrdən biridir.

 

Siyasi dostlar

 

Almaniyada siyasi müstəvidə Azərbaycana xüsusi maraq var. Almaniyada yaşayan və diaspor fəaliyyəti ilə məşğul olan hər kəs dostluq əlaqələrinin qurulmasında maraqlıdır. Çünki xarici ölkədə buna ehtiyac var.

Cənubi Qafqazda Almaniyanın çox böyük iqtisadi maraqları var. Cənubi Qafqaz, xüsusilə Azərbaycan Almaniyanın ən güclü iqtisadi partnyorudur. Təbii ki, bu cür məsələlər qarşılıqlı əlaqələr əsasında mümkün olur.

 

Parlamentdəki dostlar

 

Bu yaxınlarda Almaniyanın 2 deputatı açıq formada bəyan etdi ki, Qarabağ  Azərbaycanın coğrafi və iqtisadi cəhətdən tərkib hissəsidir. Bunu birmənalı olaraq təsdiq etdilər.

 

Eyni zamanda, Ştutqart şəhərində Azərbaycanın fəxri konsulu, alman əsilli Otto Hauzer böyük işlər görür. Almaniya parlamentində 10-a yaxın tanıdığım deputat var ki, onlar Azərbaycanın dostlarıdır, bizə yanaşmada haqlı mövqedən çıxış edirlər. Haqlı olaraq Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanın xeyrinə müdaxilə edirlər.

 

Elm və mədəniyyətdəki dostlar

 

İlk növbədə elm və mədəniyyət  sahədə Azərbaycanın Almaniyada xeyli dostları var. Bunun da bir neçə  səbəbi mövcuddur. Çünki Almaniya ilə Azərbaycanı dostluq əlaqələri birləşdirir. Elmi baxımdan da dostluq əlaqələri güclüdür. Azərbaycanın müxtəlif universitetlərində təhsillərini davam etdirib sənayə müəssisələrində, xəstəxanalarda, məktəblərdə  işləyən  azərbaycanlılara rast gəlmək olar. Bu çox sevindirici haldır. Azərbaycanlılar artıq Almaniyanın müxtəlif sahələrinə inteqrasiya edə biliblər. Azərbaycanda da Almaniyanın 100-ə yaxın firması var ki, dostluq əlaqələrinin daha da möhkəmlənməsinə kömək edir.  Bu işlər həm neft, həm də qeyri-neft sektorunda davam etdirilir.

 

Almaniyanın mədəniyyət sahəsində də Azərbaycanın dostları var. Onlar Azərbaycan mədəniyyətinə yüksək maraq göstərirlər. Tez-tez Almaniyada Azərbaycanın mədəniyyət günlərini keçiririk. Həmin günlərdə onların bizim mədəniyyətimizə necə maraq göstərdiklərinin şahidi oluruq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir