Arxiv
8 Fevral 2020, 17:44 | PARLAMENT
Onlayn səsvermə qəbul edilmədi - “Heç bir mötəbərliyi yoxdur”

9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar yanvar ayının 17-dən başlayaraq ölkənin bir neçə internet saytında dairələr üzrə “Seçki-2020 onlayn səsvermə” keçirilib.

 

Sosial media üzərində aparılan sorğular nə dərəcədə doğrudur?

 

Məsələ ilə bağlı hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Modern.az-a danışarkən bildirib ki, bu cür sorğuların keçirilməsi mənasızdır:

 

“Əgər söhbət sosial media üzərində hər hansı bir sorğudan gedirsə, burda məhdudiyyət ola bilməz. Çünki, bu sorğular əsasən könüllülük prinsipi ilə həyata keçirilir. İstifadəçi bu sorğuda iştirak edə də bilər, etməyə də bilər. Hər hansı bir dairədə qeydiyyatdan keçmiş namizədlərə səs vermədən söhbət gedirsə, burada sorğu seçici olanlar arasında keçirilər. Ancaq bunun sosial mediada keçirilməsi imkansızdır. Çünki sosial mediada aparılan sorğunu müxtəlif ölkədə olan vətəndaşın görmək imkanı olur. Bu sorğu nəticə etibarilə obyektivliyi olmayan bir sorğu təsiri bağışlayır. Tutaq ki, sosial medida 50 min adam səs verirsə, sadəcə burda 50 nəfər o dairədə qeydiyyatdadırsa, 50 adam iştirak etmiş olur. Yerdə qalan insanın səsi boşuna hesab olunacaq. Düşünürəm ki, belə bir şeyin müzakirəsi belə mənasızdır. Çünki sosial sorğular hər hansı bir formada sosioloji elmə dayanmalıdır. Ən azından burada ardıcıllıq özünü göstərməlidir”.

 

Ekspert hesab edir ki, belə sorğuların nəticəsini media müzakirə etməməlidir.

 

“Tutaq ki, kimsə bir səhifə açır və səhifədə də 500 nəfər dost var, hamısı da, həmin namizədə səs verir. Düşünürəm ki, bu sorğu deyil və heç bir mötəbərliyi də yoxdur. Mötəbərlik o zaman  olar ki, onun metodologiyası aydın olsun. Hesab edirəm ki, bu cür sorğular qəbul edilən bir sorğular deyil. Belə bir sorğunun nəticəsini medianın müzakirə etməsi mənasızdır”.

 

Qeyd edək ki, “Seçki-2020 onlayn səsvermə”nin nəticəsi olaraq həm dairələr üzrə ən çox səs gələn namizədlər, həm də sorğuda Respublika üzrə ən çox səs toplayan 10 namizədin adı müəyyən olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı 5 Avqust 2021, 03:54 İldırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürdü 5 Avqust 2021, 01:00 “Futbolçular daha peşəkar davranmalıdırlar” - Qurban Qurbanov 5 Avqust 2021, 00:55 FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat YAYDI 5 Avqust 2021, 00:49 Tokio-2020-də medal sıralaması 5 Avqust 2021, 00:38 Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO 5 Avqust 2021, 00:27 “Yanğınların söndürülməsinə dəstək olan ən önəmli ölkə Azərbaycandır” 5 Avqust 2021, 00:19 Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı 5 Avqust 2021, 00:08 Daha iki idmançımız mübarizəyə BAŞLAYIR 4 Avqust 2021, 23:59 Azərbaycan ABŞ-a qoyduğu bu qadağanı ləğv etdi 4 Avqust 2021, 23:48 Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı 4 Avqust 2021, 23:39 “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq” - Ərdoğan 4 Avqust 2021, 23:28 Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO 4 Avqust 2021, 23:19 Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO 4 Avqust 2021, 23:09 Türkiyədə 1 ailəni qətlə yetirən şəxs tutuldu - FOTO 4 Avqust 2021, 22:58 Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi 4 Avqust 2021, 22:48 İraqdakı ABŞ hərbçilərinə hücum edilib 4 Avqust 2021, 22:39 Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi 4 Avqust 2021, 22:28 Daşkəsən sakininə balta ilə xəsarət yetirildi 4 Avqust 2021, 22:17 Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 4 Avqust 2021, 22:08 Ukraynada azərbaycanlı gənc qətlə yetirildi 4 Avqust 2021, 21:59 Bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb 4 Avqust 2021, 21:48 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Avqust 2021, 21:39 Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır 4 Avqust 2021, 21:29 Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq 4 Avqust 2021, 21:18 Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi 4 Avqust 2021, 21:08 Şokoladın səbəb ola biləcəyi xəstəliklər 4 Avqust 2021, 20:59 Bakı əhalisi ərzağa milyardlar xərcləyir 4 Avqust 2021, 20:48 MİQ üzrə müsahibə nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə çatır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40