Modern.az

Elşad Mirbəşir: “Qalib olmağım üzərimə böyük məsuliyyət qoyur”

Elşad Mirbəşir: “Qalib olmağım üzərimə böyük məsuliyyət qoyur”

Parlament

10 Fevral 2020, 12:18

Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən namizəd olan Elşad Mirbəşir oğlu 59,9% səslə qalib gəlib.

 

Yeni Azərbaycan Partiyasının namizədi olan Elşad Mirbəşir oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, mərkəzin sədr müavinidir.

 

O seçkilərdəki qalibiyyəti ilə bağlı ilk təəssüratlarını Modern.az-la bölüşüb. 

 

Elşad Mirbəşir oğlu ilk olaraq Yeni Azərbaycan Partiyasına göstərilən etimada görə təşəkkür edib:

 

“Bu etimadı doğrultmaq, seçicilərin də inamını qazanmaq üçün təbliğat-təşviqat kampaniyası ərəfəsində Göygöl-Daşkəsən sakinləri ilə yaxın təmaslarımız oldu. Bütün seçicilərimizdən çox xoş münasibət gördük.

 

Seçki kampaniyası zamanı bir daha əmin olduq ki, partiyamıza çox böyük rəğbət  var, xalq Prezidentimiz İlham Əliyevi çox sevir. Bu baxımdan bizə əsas dayaq ölkəmizin əldə etdiyi uğurlar oldu. İnsanlarımız bugünkü siyasəti təqdir edir, davam etdirilməsini istəyir.

 

Göygöl - Daşkəsən sakinlərinə böyük minnətdarlığımı bildirirəm. Bu mənə böyük etimaddır. Eyni zamanda qalib olmağım üzərimə böyük məsuliyyət qoyur. Hər bir seçicinin qarşısında baş əyirəm. Çalışacağam ki, seçicilərimin səsini uca tutum, onların etimadını doğruldum”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi