Arxiv
11 Fevral 2020, 17:06 | PARLAMENT
Parlamentə seçilən ən gənc deputatların təhsilləri – Təəcüblənəcəksiniz...

İki gün keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Milli Məclisə xeyli sayda gənc deputat adını qazanıb.

 

Gənc üzvlərin hər biri bu etimada ilk dəfədir ki, layiq bilinir.

 

Modern.az AzEdu.az-a istinadən gənc millət vəkillərinin keçdikləri təhsil yolu haqqında yazını təqdim edir:

 

63 saylı Sabirabad birinci seçki dairəsindən deputat seçilən 31 yaşlı Kamal Cəfərov Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Universitetində (King’s College London) beynəlxalq vergi hüququ ixtisasını  magistr səviyyəsi üzrə bitirib. O, həmçinin, Vyana şəhərində yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasının “Anti-korrupsiya elmləri üzrə” magistr proqramını fərqlənmə ilə bitirib.

 

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində “Amerika hüquq sisteminə giriş” mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr proqramını da qiyabi əsaslarla bitirib.

 

24 saylı Nizami birinci seçki dairəsindən qalib gələn 35 yaşlı  Könül Nurullayeva 2003-2008-ci illərdə Azərbaycan Dillər Universitetiinin Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində  bakalavr təhsili alıb. 2008-2010-cu illərdə həmin fakültənin magistr səviyyəsinə yiyələnib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının  Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun dissertantıdır.

 

Digər gənc deputat 99 saylı Şəmkir kənd seçki dairəsindən qalib olan  32 yaşlı Nurlan Həsənov  Bakı Dövlət Universitetinin Hüquq  fakültəsində  bakalavriat səviyyəsi üzrə təhsil alıb. Almaniyanın Bremen Universitetində isə bu ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin, Almaniyanın Bremen Universitetində doktorantura təhsili də alıb.

 

96 saylı Goranboy-Naftalan seçki dairəsinin qalibi Anar Məmmədov 2005-ci ildə  Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini bitirib.

 

43 saylı Sumqayıt üçüncü seçki dairəsindən qalib olan 38 yaşlı Emin Hacıyev 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub. 2008-ci ildə Memarlıq və İnşaat Universitetində "Azərbaycanda ipoteka mənzil kreditləşməsinin formalaşması və inkişafı" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru dərəcəsini qazanıb. Daha sonra 2013-2015-ci illərdə Rusiya Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasında magistr təhsili alıb.

 

Jalə Əhmədova (59 saylı Salyan seçki dairəsi) 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib.  2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək, ikinci ali təhsil alıb. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsində təhsilini davam etdirir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ölkəmizdə koronavirusa doğru pik gediş var - Deputatdan ÇAĞIRIŞ 31 mart 2020, 16:52 Metronun fəaliyyəti tam DAYANDIRILIR 31 mart 2020, 16:46 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM 31 mart 2020, 16:42 Parlamentin komitəsi onlayn iclas keçirdi 31 mart 2020, 16:41 Bu ölkədə “koronavirus” sözü qadağan edildi 31 mart 2020, 16:38 Vətəndaşları bütün qaydalara əməl etməyə çağırıram - Prezident 31 mart 2020, 16:32 “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edildi 31 mart 2020, 16:26 İlham Əliyev: “Dinamikanın artmasına səbəb bəzi vətəndaşların məsuliyyətsizliyidir” 31 mart 2020, 16:20 Polşadakı azərbaycanlılar təxliyə olunmalarını gözləyir 31 mart 2020, 16:14 Azərbaycanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı - 24 nəfər yoluxdu 31 mart 2020, 16:07 Mikayıl Cabbarovdan nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə MÜRACİƏT 31 mart 2020, 16:02 Ermənilər tarixi cinayətlərinə görə cavab verəcəklər - Bəyanat 31 mart 2020, 15:56 Prezident Mikayıl Cabbarovu qəbul etdi 31 mart 2020, 15:50 Azərbaycanda virusa yoluxma sayı gündəlik artır - Operativ Qərargah 31 mart 2020, 15:33 Ermənistan Rusiyadan qazın qiymətini ucuzlaşdırmasını istəyir 31 mart 2020, 15:32 Koronavirusa yoluxanların sayı 800 mini ötdü 31 mart 2020, 15:21 Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir - Naqif Həmzəyev 31 mart 2020, 15:15 Sabaha olan teledərsin cədvəli açıqlandı 31 mart 2020, 15:08 Koronavirusa yoluxmama ümidi ilə... 31 mart 2020, 15:01 BMU-da tədrisin onlayn təşkilinin ilkin nəticələri müzakirə olunub 31 mart 2020, 14:56 İcbari tibbi sığortanın tətbiqi gələn ilə QALDI 31 mart 2020, 14:50 Bakıda dəfn mərasimində insident, Şaumyanla Rəsulzadənin uğursuz danışıqları  - SOYQIRIMININ XRONİKASI 31 mart 2020, 14:45 Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən pulun məbləği 100 milyon manatı keçib 31 mart 2020, 14:38 Mətbuat Şurası jurnalistlərə xüsusi rejimlə bağlı TÖVSİYƏLƏR VERDİ 31 mart 2020, 14:32 “Burda da əvvəl virusu ciddiyə alan yox idi” - Norveçdə yaşayan azərbaycanlı jurnalistlə #evdəqal SÖHBƏTİ 31 mart 2020, 14:26 Millət vəkili: “Atılan addımlar yaxın gələcəkdə səmərə verəcək”   31 mart 2020, 14:26 Rusiyada karantin şərtlərini pozanlar həbs OLUNACAQ 31 mart 2020, 14:22 DİN:  Zərurət olmadan şəxsi avtomobildən istifadə etməyin” 31 mart 2020, 14:19 “NEON MMC” Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırdı 31 mart 2020, 14:12 Hamilə qadınlara koronavirusla bağlı GİNEKOLOQ tövsiyəsi - VACİB   31 mart 2020, 14:06 Aprelin ilk günü üçün HAVA PROQNOZU 31 mart 2020, 14:00 Azərbaycandan Qarabağda keçirilən qondarma "seçkilərə" ETİRAZ BƏYANATI 31 mart 2020, 13:54 Koronavirusla bağlı əhalini təşvişə salan iki nəfər SAXLANILDI 31 mart 2020, 13:49 Ermənistanın iki deputatı koronavirusa yoluxdu 31 mart 2020, 13:43 Azərbaycanda koronavirusa görə ərazilərin dezinfeksiyasında drondan istifadə olunacaq 31 mart 2020, 13:41