Modern.az

İctimai Şuranın sədri: “Təhsildə qaydaların tez-tez dəyişdirilməsi pis haldır”

İctimai Şuranın sədri: “Təhsildə qaydaların tez-tez dəyişdirilməsi pis haldır”

12 Fevral 2020, 15:24

Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinifinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Maraqlıdır ki, şagirdlərin birinci sinfə qəbul prosesində  qaydaların tətbiqi nəyi dəyişəcək?

Ümumiyyətlə, buna ehtiyac varmı?

 

Məsələ ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Şahlar Əsgərov Modern.az-a bildirib ki, birinci sinif şagirdləri üçün qaydaların dəyişdirilməsi heç bir problem yaratmayacaq:

 

“Əgər birinci sinfə gedən uşaqlarımıza şəxsiyyət vəsiqəsi tələb olunursa, bu yaxşı haldır. Hər halda sənədləşmə prosesi gedir”.

 

Şahlar Əsgərov təhsildə qaydaların dəyişdirilməsinin müsbət və mənfi tərəflərini də qeyd edib:

 

“Təhsildə qanunlar nə qədər gec dəyişilsə, bir o qədər yaxşıdır. Nə qədər tez-tez dəyişilsə bir o qədər pisdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir