Arxiv
12 Fevral 2020, 15:48 | MEDİA
Braziliyalı jurnalist: Parlament seçkiləri məndə xoş təəssürat yaratdı

Azərbaycana səfərim müddətində parlament seçkiləri, eləcə də gözəl ölkənizin reallıqları barədə dolğun məlumatlar əldə etdim. Burada gördüklərim məndə xoş təəssüratlar yaratdı. Topladığım faktlar və müşahidələrim əsasında hazırladığım reportajı braziliyalı oxuculara təqdim edəcəyəm.

 

Bu fikirləri “Agencia Brasil” agentliyinin jurnalisti Xose Romildo de Oliveyra Lima AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə səsləndirib. Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun da iştirak etdiyi söhbətdə Azərbaycanda demokratiyanın inkişafı istiqamətində atılan addımlardan, söz və mətbuat azadlığından, ölkədə həyata keçirilən hərtərəfli islahatlardan danışılıb, medianın inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan və Braziliya mediası arasında əməkdaşlığın önəmindən də bəhs olunan görüşdə braziliyalı jurnalist ölkəsində əsas xəbər agentliyi olan “Agencia Brasil” haqqında məlumat verib. Agentlik Braziliya KİV-ni xəbərlə təmin edən böyük informasiya təchizatçılarından biridir. Müasir dövrdə informasiya mübadiləsinin əhəmiyyəti nəzərə alınaraq “Agencia Brasil” və AZƏRTAC-ın əməkdaşlıq əlaqələri qurmasının zəruriliyi vurğulanıb. Qeyd edilib ki, aparıcı xəbər agentliklərinin tərəfdaşlığı iki ölkə arasında münasibətlərin genişlənməsinə böyük töhfə verə bilər.

 

Braziliyalı jurnalistə AZƏRTAC-ın fəaliyyəti haqqında ətraflı məlumat verilib, agentliyin 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, AZƏRTAC hazırda Associated Press (ABŞ), Reuters, Press Association (Böyük Britaniya), DPA (Almaniya), EFE (İspaniya) kimi mötəbər agentliklərin daxil olduğu Dünya Xəbər Agentlikləri Şurasının üzvü, həmçinin 35 ölkənin 43 aparıcı xəbər agentliyini birləşdirən OANA-nın vitse-prezidentidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təbrizdə Azərbaycana dəstək aksiyası - VİDEO 16 İyul 2020, 20:32 HHQ komandanı Hulusi Akarla görüşdü 16 İyul 2020, 20:16 Qubada iribuynuzlu heyvanları sel aparıb 16 İyul 2020, 20:07 İlham Əliyev və birinci xanım açılışda (YENİLƏNİB) - FOTO 16 İyul 2020, 20:00 Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü 16 İyul 2020, 19:53 Konstitusiya Məhkəməsi Baş nazirin sorğusu əsasında qərar qəbul etdi 16 İyul 2020, 19:45 Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdini boşa çıxardı - FOTO   16 İyul 2020, 19:38 “XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat 16 İyul 2020, 19:31 Ceyhun Bayramov Xarici işlər naziri kimi ilk iclasa QATILDI 16 İyul 2020, 19:24 “Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova 16 İyul 2020, 19:17 “Azəriqaz” Ağdam kəndində qaz təchizatını bərpa etdi - Video 16 İyul 2020, 19:10 Xarici İşlər Nazirliyi məlumat YAYDI 16 İyul 2020, 19:02 Mövlud Çavuşoğlu Ceyhun Bayramovu  təbrik etdi 16 İyul 2020, 18:56 Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI 16 İyul 2020, 18:50 Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO 16 İyul 2020, 18:43 Polşada Azərbaycan Ordusuna dəstək - VİDEO 16 İyul 2020, 18:35 Hirkan Milli Parkında yanğın olub 16 İyul 2020, 18:27 AMEA-da yeni TƏYİNATLAR 16 İyul 2020, 18:20 Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə getdi 16 İyul 2020, 18:12 Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi 16 İyul 2020, 18:05 Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO 16 İyul 2020, 17:58 Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR 16 İyul 2020, 17:52 “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var” - Vaqif Dərgahlı 16 İyul 2020, 17:46 “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI 16 İyul 2020, 17:40 Ordumuz daha bir şəhid verdi - FOTO 16 İyul 2020, 17:34 Dolların sabaha olan kursu açıqlandı 16 İyul 2020, 17:28 Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı 16 İyul 2020, 17:22 “Mənasız videokonfranslar keçirmək fikrində deyilik” - İlham Əliyev 16 İyul 2020, 17:17 Biz bu gün həm işğalçılara, həm də yerli xəyanətkarlara qarşı vuruşuruq 16 İyul 2020, 17:11 Ermənistanın hərbi klinikaları yaralılarla DOLUDUR 16 İyul 2020, 17:10 Azərbaycanda koronavirusa yoluxanları sayı azaldı - 8 nəfər vəfat etdi 16 İyul 2020, 17:04 Ceyhun Bayramov Xarici İşlər Naziri kimi ilk çıxışını etdi 16 İyul 2020, 16:58 Bu tarixlərdə keçirilən buraxılış imtahanın nəticələri ELAN olundu 16 İyul 2020, 16:52 Nəqliyyatçıların Həmkarlar İttifaqına yeni sədr seçilib   16 İyul 2020, 16:46 Prezident: Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər 16 İyul 2020, 16:35