Modern.az

 Bir ildə bir milyon azərbaycanlının getdiyi ölkə

 Bir ildə bir milyon azərbaycanlının getdiyi ölkə

14 Fevral 2020, 16:24

Ötən il Rusiyanı 29,5 milyon xarici vətəndaş ziyarət edib.

 

Modern.az Rusiya LİV-nə istinadən xəbər verir ki, 2019-cu ildə bu ölkəyə ən çox gedən 10 xarici ölkə arasında Azərbaycanda var. Şimal qonşumuzu 1,18 milyon azərbaycanlı ziyarət edib. Maraqlıdır ki, bu 2018-ci illə müqayisədə 10% çoxdur.

 

Rusiyaya ən çox gələnlər arasında ilk pillələri Ukrayna (8,6 milyon), Qazaxıstan (4,3 milyon), Özbəkistan (2,58 milyon), Çin (2,3 milyon) və Tacikistan (1,57 milyon) tutub. Azərbaycan vətəndaşları reytinqdə 6-cı, Ermənistan vətəndaşları isə (816 min) 9-cu pillədə yer alıb.  

 

 Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisinin sayı 10, 67 min 108 nəfərdir.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər